Qatarın dəmiryol stansiyasına daxil olması

Qatarın dəmiryol stansiyasına daxil olması
Film Musa Nağıyevin yaşayış binalarının yerində (28 May küçəsi) fəaliyyət göstərən Vasil-Vyatskinin teatr-sirkində nümayiş etdirilmişdir.
Film Musa Nağıyevin yaşayış binalarının yerində (28 May küçəsi) fəaliyyət göstərən Vasil-Vyatskinin teatr-sirkində nümayiş etdirilmişdir.
Janr sənədli film, səssiz film
Rejissor Aleksandr Mişon[1]
Prodüser
Ssenari müəllifi
Operator Aleksandr Mişon
İlk baxış tarixi 21 iyun 1898
Filmin növü qısametrajlı sənədli film
Müddət 1 dəq.
Ölkələr Rusiya İmperiyası Rusiya imperiyası
Dil səssiz
Texniki məlumatlar 1 hissə
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID1440272

Məzmun

Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır.[1]

Film haqqında

  • Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyni adlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur.[1]
  • Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.[1]

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Aleksandr Mişon
Operator: Aleksandr Mişon

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.