Qatır

Qatıratla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan.

Qatır nəqliyyat vasitəsi kimi

Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur.

Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı.

XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi. XIX əsrin 50-ci illərində Şamaxı, Nuxa, ŞuşaLənkəranda 18 min baş, həmin əsrin 60-cı illərində isə 32500-dən çox qatır və uzunqulaq olmuşdur.

Qatır yetişdirmək çətin olduğundan, onları baha qiymətə satırdılar. XIX əsrin sonlarında Yelizavetpol quberniyasında yetişdirilən iri və güclü qatırların hər biri 200-300 rubla satılrıdı. 28 Buna görə də quberniyanın Qazax qəzasında XIX əsrin 80-ci illərində cəmi 97 baş qatır qeydə alınmışdı.

XIX əsrdə yük nəqliyyatı vasitəsi kimi qatırdan xarici kaptalistlər geniş istifadə edirdilər. Şəmkirdə Şərab istehsalı ilə məşğul olan alman Forer qardaşları iş heyvanı kimi qatıra yüksək qiymət verirdilər. 1879-cu ilə kimi Simens qardaşları şirkəti də mis zavodlarını odun kömürü ilə təchiz etmək, BakıBatumidən gətirilən dəmir qırınıtılarını almaq və istehsal olunmuş məhsulu daşımaq üçün 200 baş at və qatırdan istifadə etmişdir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.