Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir.
Küləklər Necə Yaranır?
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.
Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir. Beləliklə, ekvator-qütb arasındakı iki mərkəzli sistem hündürlüklər sayəsində çox mərkəzli sistemə çevrilir və küləklər bölünərək zəifləyirlər. Yer qabığının üstündəki sıra dağlar isə nəhəng hava koridorları kimidir. Koridorlar sayəsində hava küləklərlə Yerə bərabər şəkildə yayılır.
Küləklərin zəiflədilməsində Yerin oxunun mailliyinin də böyük rolu var. Əgər Yer kosmosda dik olsaydı, bir başından o biri başına qədər güclü küləklə sovrulan planet olardı. Halbuki planetimizin ekvatoru məlum olduğu kimi hərəkət etmə bucağına görə 23°27´ maillidir. Beləliklə, iki qütb arasındakı bölgələrdə temperatur həmişə eyni olmur, mövsümlərə görə dəyişir. Bu, hava təzyiqinin tarazlanması və küləyin sürətinin də zəifləməsi deməkdir. Ekvatorla hər iki qütb arasındakı temperatur fərqi azaldıqca küləklər mülayim əsir. Temperatur fərqini tarazlamaq üçün planetin ətrafında iki qaz təbəqəsi vardır. Ozon və karbondioksid təbəqələri atmosferin temperaturunu tarazlayır. Ozon təbəqəsi "ehtiyacdan artıq olan" günəş şüalarını udur. Karbondioksid isə əksinə təsir göstərərək qazanılan temperaturu qoruyaraq soyumanın qarşısını alır.
Bütün bu məlumatlar bizə göstərir ki, həyatımız bir-birindən mürəkkəb alt-sistemlərdən ibarət böyük sistem sayəsində davam edir. Bütün yer üzü insanın həyatına imkan yaratmaq üçün yaradılmışdır.
Ümumi məlumat
Ümumilikdə qasırğaların diametri 50–800 km genişliyindədir. Qasırğalar daha çox okeanlar üzərində meydana gəlir. Dairəvi hava hərəkətləri halında olduqlarından adətən xortumlara səbəb olurlar. Ətraflarına böyük zərər verirlər. Qasırğalara Asiyanını cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində Tayfun, Meksika Körfəzi sahillərində Hurrican, Afrikanın bəzi bölgələrində, Latın Amerika sahillərində isə Tornado adı verirlər. Dünyada böyük diametrli və şiddətli qasırğa Beufort sayılır.
Atlantik okeanını şimalında ümumiyyətlə qasırğalar iyun ayından oktyabra qədər baş verir. Bu müddət ərzində dəniz səthində isti və nəm əh çox halda olur. May və noyabr ayında az, digər aylarda isə seyrək meydana gəlir. Şimali Atlantik bölgəsində ildə meydana gələn tropik siklonun miqdarı 8-dir. Bunun 5-i qasırğa tipidir. Fırtınaların çoxu antisiklon bölgəsinin qərb ucundan qıvrılaraq Amerikanı hədəf alır.
Tropik bir siklonun qasırğa olaraq adlanırıla bilməsi üçün küləyin sürətinin heç olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən sox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75–150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur.
Qasırğalar 2008-ci ildə
2008-ci ildə qasırğalar Fransa və İspaniyada öz gücünü göstərib. Bu günlərdə sürəti 48 metrə çatan külək nəticəsində 15 nəfər ölüb. Ölənlərin əksəriyyəti uşaqlardır. İspaniya və Fransada milyonlarla ev işıqsız qalıb. Hətta bir neçə aeroport bağlanmaq məcburiyyətində qalıb.
BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsiz-eşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub. Təbii fəlakətlər daha çox Asiya ölkələrində baş verib. Çində belə fəlakətlərin sayı 26, Filippində 20, İndoneziyada 16, Hindistanda 10 olub. Ötən il leysan yağışları və qasırğalardan Mərkəzi və Şərqi Avropa ölkələri də ziyan çəkib. Dnestr və Prut kimi çaylarda suyun səviyyəsi kəskin artıb. Nəticədə Ukrayna, Moldova, Rumıniya, Slovakiya və Macarıstanda sel daşqınları nəticəsində 42 nəfər ölüb.
Bəşəriyyət tarixində — 10 ən böyük qasırğa
Tarix | Yer | Ad | Qurbanların sayı, nəfər |
---|---|---|---|
13 noyabr 1970-ci il | Banqladeş | Bxola siklonu | 500000 |
25 noyabr 1839-cu il | Hindistan, Korinqa | Hind siklonu | 300000 |
7 oktyabr 1737-ci il | Hindistan | Kəlkütlə siklonu | 300000 |
2–8 avqust 1975-ci il | Çin | Mina tayfunu | 210000 |
31 oktyabr 1876-cı il | Hindistan | Böyük Bakerqanc siklonu | 200000 |
2 may 2008-ci il | Mayanma | Nargis siklonu | 90000–146000 |
29 aprel 1991-ci il | Banqladeş | Banqladeş siklonu | 138000 nəfərdən çox |
6 iyun 1882-ci il | Hindistan | Bombey siklonu | 100000 |
2–3 avqust 1922-ci il | Çin | Svatou siklonu | 50000–100000 |
5 oktyabr 1864-cü il | Hindistan | Kəlküttə siklonu | 60000 |