Qasıq dağcığı

Qasıq dağcığı (lat. mons pubis, Veneris — BNA) — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı (lat. sulcus pubis) yantərəflərdən isə çanaq-bud şırımı (lat. sulcus pelvicofemoralis) vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür. Bu arakəsmələr dəridən başlayaraq qasıq sümüklərinin sümüküstlüyünə bitişir. Qasıq dağçığı qıvrım tüklərlə (lat. pubes) sıx örtülüdür. Qasıq dağcığı aşağı doğru böyük cinsiyyət dodaqlarına (lat. labia majora pubendi) keçir. Qadınlar üçün, qasıq dağcığı vulvanın ön hissəsini meydana gətirir.[1]

Qasıq dağcığı
Latınca mons pubis, Veneris BNA
Qrey subyekt 270 1265
Embrional Sidik-cinsiyyət cibi
Dorlands/Elsevier 20.htm 12541373

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.