Qasımlı kənd məscidi (Masallı)

Qasımlı kənd məscidiMasallı rayonunun Qasımlı kəndində məscid.

Qasımlı kənd məscidi
Masallı rayonu Qasımlı kənd məscidi
Masallı rayonu, Qasımlı kənd məscidi
39°01′27″ şm. e. 48°45′02″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Masallı rayonu
Yerləşir Qasımlı kəndi
Layihə müəllifi Qasım Mirzə Toğrul oğlu
Tikilmə tarixi 1756-cı il
Üslubu islam memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Masallı rayonu Qasımlı kənd Məscidi — 1756-cı ildə Qasım Mirzə Toğrul oğlu tərəfindən tikilib. Adı da Qasımın Mədrəsəsi olub. O vaxta qədər kənd camaatı Şıxlar kənd məscidindən istifadə ediblər. Şıxlar kəndindən əvvəl Qızılağac kənd məscidindən istifadə ediblər.[1] Məscid, 1918-ci ildə sökülərək yenidən təmir edilib. Sovet dövründə digər məscidlər kimi "Qasımlı kənd" məscidi də dindarların üzünə bağlanmış, kənddəki təsərrüfatın anbarı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, 1998-ci ildə yenidən qapılarını dindarların üzünə açmışdır. Qasımlı kənd məscidinin yenididən qurulmasında həm maddi və mənəvi dəstək olaraq, həm də təşkilatçı kimi Qasımlı kənd camaatı ilə yanaşı Qulamirzəyev Kərbəlayi Əziz Abbas oğlu, Şükürov Hacı Heybət Şərif oğluQarayev Hacı Akif Qaraş oğlunun xidmətləri olmuş, eyni zamanda digər xeyriyyə işlərində iştirak etmişlər. Bu məscid yerli əhəmiyyətli memarlıq abidəsidir. Qasımlı kənd məscidi düzbucaqlı formada olmaqla hündürlüyü 40 sm olan səki üzərində yerləşir. Məscidin divarları qırmızı bişmiş kərpiclə hörülmüşdür. Məscidin döşəməsi torpaq, tavanı isə taxta materialı ilə yerli ustalar tərəfindən xüsusi ustalıqla hörülmüşdür. Məscidin ön tərəfdə eyni ölçüdə iki ədəd pəncərə və bir cüt qapı var, ayrıca məscidin yan tərəfində də bir cüt eyni ölçüdə pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün 3 ədəd dəmir dirəklə dam artırılmışdır. Məscidin damı kirəmitlə örtülmüşdür. Məscidin damında azan vermək üçün kvadrat formalı günbəz var.

Din xadimləri

Heydər Molla Məhəmməd oğlu, Cavad Nuri oğlu, Nuriyev İbrahim Cavad oğlu, Fərəcov Fəyyaz Qasım oğlu (1921-1998), Alışanov Əsgər Əbdülhüseyn oğlu, Kərimov Yasər İbad oğlu, Nuriyev Yaqub İbrahim oğlu, Nuriyev Fərman İsa oğlu, Nuriyev Kərbəlayi Natiq Yaqub oğlu (1974-2023), Əzimov Elvin Kərəm oğlu.

Şəkillər

İstinadlar

  1. Lənkəran qəzasının ərazi soy kitabı. 1905. 1326 səhifə.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.