Qasımbəyli (Naftalan)

QasımbəyliAzərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.[4]

Qasımbəyli
40°30′ şm. e. 46°51′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 0,8827 km²[1]
Mərkəzin hündürlüyü 204 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 409 nəf. (2015)[1]
Rəsmi dili
Qasımbəyli xəritədə
Qasımbəyli
Qasımbəyli

Toponimikası

Yaşayış məntəqəsi Qasım bəy adlı şəxsə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ağsu rayonunun Ərəbmehdibəy, Goranboy rayonunun Tap Qaraqoyunlu, Sabirabad rayonunun Qasımbəyli, Cəlilabad rayonunun Şiləvəngə və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidlərində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.[5]

Coğrafiyası və iqlimi

Kənd düzənlikdə yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.