Qasımbəyli (Ağsu)
Qasımbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qasımbəyli | |
---|---|
40°32′ şm. e. 48°12′ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. XIX əsrin əvvəllərində Şirvan xanlığında mülkədar Qasını bəyə məxsus 15 kənddən birinin adıdır. Kəndin ilk sakinləri ona məxsus rəiyyət olduğuna görə məntəqə də onun Qasımbəyin adı ilə adlanmışdır. Toponim “Qasım bəyə məxsus kənd” mənasındadır. Qeyd edək ki, Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində, Goranboy r-nunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir[1].
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cilddə. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. II cild səh.42
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.