Qasım xan Vali

Qasım xan Əli xan oğlu Vali (1850 – 1933)—Qacarlar dövlətinin hərbi və mülki xadimi, ordu generalı.

Qasım xan Vali
Qasım xan Əli xan oğlu Vali
Digər adı Sərdari-Hümayun
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Təbriz, İran
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qasım xan Əli xan oğlu 1850-ci ildə anadan olmuşdu. 1802-ci ildə Napoleon tərəfindən əsası qoyulan Hərbi məktəbini bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. Ordu generalı rütbəsinədək yüksəlmişdi. Sərdari-Hümayun ləqəbini daşıyırdı. Qasım xan Vali ingilispərəst idi və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənirdi. Qasım xan Vali 1908-ci ildə Təbriz şəhərinin şəhridarı (meri) olmuşdu. Onun vaxtında şəhərə elektrik işığı çəkilmişdi. Litoqrafiyadan yüksək çap üsuluna keçilmişdi.

Qasım xanın Təbrizdə lampa zavodu, kiçik bir tütün fabriki, sabunbişirmə və gön-dəri müəsissələri vardı.

Ailəsi

Qasım xan Vali İsmətəssəltənə xanımla ailə qurmuşdu. İbrahim xan, Əli xan adlı oğlanları vardı.

Qalereya

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.