Qasım mirzə Dərbəndi
Qasım Mirzə — Şirvanşah şahzadəsi.
Qasım Mirzə | |
---|---|
Şirvanşahlar dövlətinin XXXXVII hökmdarı olmağa iddiaçı | |
1554 – 1554 | |
Əvvəlki | Qurban Əli |
Sonrakı | Kavus mirzə Dərbəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | ? |
Atası | ? II Xəlilullah |
Anası | Pərixan sultan |
Dini | Sünni İslam |
Həyatı
Osmanlıya mühacirət etmiş Şirvan əsilzadələrindən idi. Əvvəlki şahlarla dəqiq əlaqəsi bilinməsə də Dərbəndilər sülaləsindən idi, II Xəlilullahın mümkün oğlu. 1554-cü ildə Kəffə-Dağıstan-Dərbənd yolu ilə Şirvana hücum etmişdi.Şirvan zadəganları və əhalisi vilayətin bəylərbəyliyi Abdulla xan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular.[1] Təngəaltı kəndində Abdulla xana qalib gəlmiş, daha sonra Qəleybuğurdu ələ keçirərək 40 gün burada qalmışdı. 12.000 əsgər toplamışdı. Gülüstan qalasına hücumu baş tutmadı və Abdulla xan ordusu tərəfindən məğlub edildi. Özü isə qaçdı.[2]
İstinadlar
- Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 135
- İsgəndər bəy Münşi, Tarixi aləm arayi-Abbasi, səh. 175, "Şərq-Qərb", 2010
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.