Qasım bəy Hacılı-Cavanşir

Qasım bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir – mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası.

QASIM BƏY HACILI-CAVANŞİR
Qasım bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir
Doğum tarixi
Doğum yeri Şərifbəyli, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı
Vəfat tarixi XIX əsr
Vəfat yeri Mirzəcamallı
Uşağı

Həyatı

Qasım bəy Məhəmmədxan bəy oğlu 1784-cü ildə Qarabağın Cavanşir-Dizaq mahalının Şərifbəyli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. İbrahimxəlil xanMehdiqulu xanın hakimiyyətləri dönəminə Cavanşir-Dizaq mahalının naibi, Cavanşir elinin minbaşısı olmuşdu. Onun naibliyi dönəmində Rus-İran savaşları baş vermişdi. Bu savaşlarda Qasım bəy Cavanşir elinin başında qəhrəmanlıq göstərmişdi.

Xanlıq ləğv olunandan sonra Qasım bəy rus üsul-idarəsində məmur işləmişdi. II Rus-İran savaşları başlayanda Qasım bəy İrana Mehdiqulu xanın yanına qaçmış, qardaşı Mirzə Camalın tutulmasını eşidib, geri dönmüşdü. Rus hakimiyyəti onu bağışlamış, mülkünü və vəzifəsini qaytarmışdı. O, XIV klas mülki çinini daşıyırdı. Onun törəmələri Vəzirov soyadını daşıyırlar.

Qasım bəy Xeyrənsə xanımla ailə qurmuşdu. Abdulla bəy, Əsəd bəy, İbrahim bəy, Nəsir bəy adlı oğulları, Mahşərəf xanım və Şəhribanu xanım adlı qızları vardı.

Mənbə

  • Ənvər Çingizoğluş Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.