Qasım Qasımov (siyasətçi)
Qasım Nurməhəmməd oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri , Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021).
Qasım Qasımov | |
---|---|
4 yanvar 2000 – 5 mart 2021 | |
Əvvəlki | Mahmud Məmmədov [1] |
Sonrakı | YAP-a birləşdi. |
İyul 2011 – May 2020 | |
Sonrakı | Hikmət Şikarov |
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini | |
Dekabr 1991 – Avqust 1995 | |
Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini | |
Oktyabr 1990 – Oktyabr 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1959 (64 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur.
1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur.
Siyasi fəaliyyəti
1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur.
1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur.
2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır.
2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.
Partiya fəaliyyəti
1995-ci ilin sentyabr ayından 1995-ci ilin dekabrnadək Azərbaycan Demokrat Sahibkarlar Partiyasının (ADSP) Şamaxı rayon məclisinin sədri, 1995-ci ilin dekabr ayından 1998-ci ilin yanvar ayınadək partiyanın Mərkəzi Aparatında şöbə müdiri olaraq çalışmışdır.
2000-ci ilin yanvarından 2021-ci ilin mart ayınadək Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri olmuşdur.
1990, 1995(proporsional), 2000, 2005 və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd kimi qeydə alınmışdır.
1995-ci il parlament seçkilərində Qasım Qasımov Azərbaycan Demokratik Sahibkarlar Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında ikinci sırada olmuşdur.[2] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Qasım Qasımov isə deputat seçilə bilməmişdir.[3]
ADSP 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasına birləşmə qərarı almışdır. 5 mart 2021 tarixində keçirilən Yeni Azərbaycan Partiyası növbədənkənar VII Qurultayında birləşmə qərarı qəbul edilmişdir.[4]
2021-ci il avqust ayının 4-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimində Qasım Qasımova partiyanın üzvlük vəsiqəsi təqdim olunmuşdur.[5]
2022-ci ilin yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında Tahir Budaqovun sədrliyi ilə keçirilmiş iclasında Qasım Qasımov Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri təyin olunmuşdur.[6]
Mükafatlar
- Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2003-cü il tarixli 1/575 №-li təşəkkür məktubu və 31 iyul 2018-ci il tarixli 371 №-li Sərəncamı ilə "Dövlət qulluğunda fəqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[7]
İstinadlar
- "Arxivlənmiş surət". 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
- "Arxivlənmiş surət". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-18.
- "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
- "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-09.