Qarxun (Quba)

QarxunAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Qarxun
41°07′49″ şm. e. 48°19′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.685 m
Saat qurşağı
Qarxun xəritədə
Qarxun
Qarxun

Toponimikası

Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 586 nəfər əhali yaşayır. Əhalisi əsasən Azərbaycanlılardır.[2]

Tanınmış şəxsləri

Təhsil

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Quba rayonu Qarxun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır[4].

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.