Qars (Xızı)

QarsAzərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Qars
40°51′30″ şm. e. 49°03′37″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qars xəritədə
Qars
Qars

Coğrafiyası və iqlimi

Kənd meşə sahəsi ilə əhatəlidir. Kənddə Seyidbulaq, Qasımxan, Soyuqbulaq kimi bulaqlar mövcuddur.

Əhalisi

Oğuzların bayat və ya əfşar qoluna aid olan qədirli-türk tayfaları bu əraziyə II Şah Abbasın təşəbbüsü ilə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlmişlər. Qədirli tayfası şahsevənlərin bir qolu olmuşdur. Bu tayfa (qədirli) isə türk boylarından olan əfşarlara aiddir.

Hazırda kəndin daimi əhalisi azlıq təşkil edir.

İqtisadiyyatı

Kənd əhalisi arıçılıq, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.