Qarrinça

Qarrinça (port. Garrincha; tam adı: port. Manuel Francisco dos Santos; 28 oktyabr 1933[1][2][…]20 yanvar 1983[3][1][…], Rio-de-Janeyro) — Braziliyanın məşhur futbolçularından biri. Yarımmüdafiəçi mövqeyində çıxış edib. O, XX əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tutur[4].

Qarrinça
Ümumi məlumatlar
Tam adı Manuel Fransisko dos Santos
Doğum tarixi
Doğum yeri Pau-Qrandi, Braziliya
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Rio-de-Janeyro, Braziliya
Dəfn yeri
Vətəndaşlığı Braziliya Braziliya
Boyu 169 sm
Çəkisi 72 kq
Mövqeyi Yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1948–1952 Braziliya "Pau-Qrandi"
Klub karyerası[* 1]
1953–1965 Braziliya "Botafoqo" 614 (245)
1966 Braziliya "Korintians" 13 (10)
1967 Braziliya "Portuqeza" 33 (7)
1968 Kolumbiya "Atletiko Xunior" 1 (3)
1968–1969 Braziliya "Flamenqo" 24 (4)
1972 Braziliya "Olariya" 7 (7)
1953—1972 Cəmi 692 (276)
Milli yığma[* 2]
1955–1966 Braziliya Braziliya 50 (12)
Təltif və medalları
Dünya çempionatları
Qızıl İsveç 1958
Qızıl Çili 1962

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qarrinça 28 oktyabr 1933-cü ildə Rio-de-Janeyro yaxınlığındakı Pau-Qrandi kəndində kasıb bir ailədə anadan olub.

Qarrinça anadan olduğu zaman çox zəif idi; həmçinin qıçlarında anatomik pozuqlar olub[5]. Sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi[5]. Həmçinin sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi[5]. Ailəsinin kiçik Qarrinçanı müalicə etdirmək imkanı yox idi[5].

14 yaşındaykən doğulduğu şəhərdə tekstil fabrikində işə başlayır[5].

Şəxsi həyatı

Qarrinçanın ilk evliliyini 18 yaşında olarkən baş tutub[5]. Nair adlı qadınla evlililiyindən Qarrinçanın 8 uşağı dünyaya gəlmişdir[5]. Amma Qarrinçanın uşaq sahibi olduğu tək qadın Nair deyildi[5]. Rio-de-Janeyrodakı sevgilisindən 2, Dünya Kuboku üçün getdiyi İsveçdə tanış olduğu sevgilisindən də 1 uşağı var[5]. Onun sonuncu sevgilisi isə Braziliyanın məşhur sambacılarından Elza Soaresdir[6]. Ümumilikdə 4 müxtəlif qadınlardan 13 uşağın atası Qarrinçanın övladlarından 10-u qız, 3-ü oğlandır[5].

Karyerası

Klub karyerası

Fabrikdə işlədiyi dövrdə o, futbol qabiliyyətini də sərgiləyirdi[5]. Bir çox klubda baxışdan keçir[5]. Amma buna baxmayaraq uzun müddət peşəkar futbola addım ata bilmir[5]. İlk peşəkar müqaviləsini Gentil Kardosonun tövsiyəsiylə "Botafoqo" klubu ilə bağlayır[5]. 19 iyul 1953-cü ildə "Botafoqo" formasıyla çıxdığı ilk matçda 3 qol vurur və bundan sonra 1966-ci ilə qədər klubun formasını geyinir[5].

Qarrinçanın karyerası "Botafoqo" klubunda parlamağa başlamışdır[4]. O, burada 614 oyuna 245 qol vurub. "Botafoqo"da ciddi zədələnəndən sonra klub onu satır[4]. Amma Qarrinça "Botafoqo"dan sonra heç bir klubda uzun zaman qala bilmirdi[4].

Karyerası ərzində 6 müxtəlif klubda forma geyinən Qarrinça 1972-ci ildə Rio-de-Janeyronun kiçik komandası olan "Olariya"da karyerasını bitirir[5].

Milli karyerası

1955-ci ildən 1966-cı ilə kimi Qarrinça Braziliya yığmasında oynamış və Dünya Kubokun ikiqat qalibi olmuşdur[4]. 1958 və 1962-ci illərdə Dünya Kubokunda 4 top ilə ən yaxşı bombardir olmuşdur[4].

Statistika

Klub

Mövsüm Klub Liqa Liqa Kubok Qitə Digər Cəmi
OyunQolOyunQolOyunQolOyunQolOyunQol
1953"Botafoqo"KL2620002620
1954KL26791358
1955KL19392285
1956KL20500205
1957KL21692308
1958KL2610913511
1959KL239532812
1960KL21891309
1961KL216112328
1962KL21830723110
1963KL3110201071
1964KL4073113
1965KL5270122
"Botafoqo"da ümumi2368540208317325102
1966"Korintians"PL4061101
1968"Atletiko Xunior"1010
1968"Flamenqo"KL0000
1969KL4040
1972"Olariya"KL8080
Yekun2538540208918348103

Milli

Qarrinça (solda) FİFA Dünya Kuboku 1962-də

Mənbə: Rsssf.com[7]

Braziliya milli futbol komandası
İlOyunQol
195510
195600
195760
195850
195940
196052
196141
1962126
196300
196400
196560
196673
Yekun5012

Vəfatı

Qarrinça 19 yanvar 1983-cü ildə spirtli içkinin yaratdığı xəstəlik ucbatından komaya düşür[5]. Xəstəxanaya qaldırılsa da komadan çıxa bilmir[5]. Nəticədə 1983-cü ildə, yanvarın 20-də saat 06:00 radələrində Rio-de-Janeyroda vəfat edir[5]. Ölüm səbəbi serroz olaraq qeyd edilir[5].

Onun qəbri öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Pau-Qrandi kəndindədir[5]. Məzar daşında bu sətirlər yazılıb[5]:

" O çox şirin bir uşaq idi
Quşlarla danışardı.
"

Xatirəsi

Marakana stadionunda Qarrinçanın büstü
  • Onun haqqında "Qarrinça, xalqın fəxri" adlı film çəkilmişdir[4].
  • Braziliya Milli Stadionu və doğma Pau-Qrandidəki stadion onun adını daşıyır.

Biblioqrafiya

  • Ruy Castro. Garrincha – The triumph and tragedy of Brazil's forgotten footballing hero. Yellow Jersey Press, London. 2005. ISBN 0-224-06433-9. Original in Portuguese: Estrela Solitária (Lonely Star), 1995
  • Bellos, Alex. Futebol: The Brazilian Way of Life. Bloomsbury. 2002. ISBN 0-7475-6179-6.
  • Antezana, Luis H. Un pajarillo llamado "Mané". Plural Editores. 1998. ISBN 84-89891-29-X.

İstinadlar

  1. Bibliothèque nationale de France Mané Garrincha // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. GARRINCHA manuel francisco dos santos // Argentine Soccer Database (isp.).
  3. Garrincha // Encyclopædia Britannica (ing.).
  4. Bu gün onun 80 yaşı tamam olacaqdı: "Qarrinça, xalqın fəxri" - VİDEO - FOTO Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine. milli.az, 28.10.2013  (az.)
  5. Aygün İlqarqızı. Müxtəlif qadınlardan 13 uşaq sahibi olan “axmaq” dahi - Qaynanasını necə öldürdü? - VİDEO Arxivləşdirilib 2015-03-25 at the Wayback Machine. publika.az, 22.02.2014  (az.)
  6. Neder, Alvaro. "Biography: Elza Soares". AMG. 31 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2010.
  7. "Manoel Francisco dos Santos "Garrincha" - International Appearances and Goals" Arxivləşdirilib 2011-06-04 at the Wayback Machine. Rsssf.com

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.