Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir.
Qarpız | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Cucurbitoideae Triba: Benincaseae Cins: Qarpız |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qarpızın faydaları
Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var.
- Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir.
- Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur.
- Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.
- Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir.
- Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
- Sitrullinlə zəngin olduğundan qarpız əzələ ağrılarını azaldır.
- A və C vitaminləri sayəsində qarpız dərini cavan və sağlam edir.
Maraqlı faktlar
Çinin paytaxtı Pekin şəhərində Dünyada yeganə Qarpız muzeyi yerləşir. Muzeydə 600-dən çox qarpız və yemiş növləri, qarpız və yemişlərin şəkilləri sərgilənir, lakin eksponatlar həqiqi deyil, süni materialdan hazırlanmışdır.
Növləri
- Citrullus colocynthis
- Citrullus ecirrhosus
- Citrullus lanatus
- Citrullus naudinianus
İstinadlar
- Schaefer H., Renner S. S. Phylogenetic relationships in the order Cucurbitales and a new classification of the gourd family (Cucurbitaceae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2011. Vol. 60, Iss. 1. P. 122–138. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.