Qarnıyarıq dağı
Qarnıyarıq dağı[1] və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur.
Qarnıyarıq dağı | |
---|---|
erm. Արալեռ | |
![]() | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Ermənistan yaylası |
Mütləq hündürlüyü | 2577 m |
Yerləşməsi | |
40°24′20″ şm. e. 44°27′08″ ş. u. | |
Ölkə |
![]() |
Əyalət | |
|
|
|
|
![]() |
Flora
Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir. Əsasən quru torpaq və yovşalı kolluqlarla örtülmüşdür. Zivə hissəsi əsasən çöllükləri xatırladır. Zirvənin şimal ətəklərində palıd ağacları və iri kolluqlara rast gəlmək mümkündür. İlin isti dönəmində dağın ətəkləri gözəl güllərlə örtülür.
Fauna
Dağın ətəklərində çoxlu sayda heyvan növlərinə rast gəlmək mümkündür. Daşlıq ərazilərdə ən çox rast gəlinən heyvanlar zəhərli ilanlardır.
Əfsanə
Ermənilər dağın adını əfsanəvi olan erməni çarı Gözəl Aranın adı ilə bağlamağa çalışırlar. Əfsanəyə görə Ara Assuriya hökmdarı Semiramidlə döyüşdə bu Ara dağının ətəklərində mövqe tutmuşdur.
Əfsanəyə görə Aranın qəbri Qarnıyarıq dağında yerləşən mağarada yerləşir. Zirvə uzaqdan əlini sinəsinə qoymuş insanı xatırladır[2]
Qalereya
İstinadlar
- Xəritə (1903)
- "Qarnıyarıq dağı (ermənicə Ara)". 2011-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.