Qarnıyarıq (Dərəçiçək)

Qarnıyarıqİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.[1][2]

Kənd
Qarnıyarıq
40°32′02″ şm. e. 44°46′09″ ş. u.
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Qarnıyarıq xəritədə
Qarnıyarıq
Qarnıyarıq

Tarixi

Razdan şəhərinin şimal-qərbində yerləşirdi. "İrəvan əyalətini icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kəndin digər adı Karvansara olmuşdur[5][6]. Köhnə Karvansaranın divarları indi də durur. Razdan şəhərinin genişləndirilməsi nəticəsində kənd şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir.

Toponimi

Toponim Azərbaycan dilində "kiçik arx, su yolu" mənasında işlənən qarnı (< qarnım) sözü ilə [7] türk dilində "yer səthində olan çay", "yarılmış yer", "dərə" mənasında işlənən yarıq sözünün[8] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 1728-ci ilə aid mənbədə "el məşhur Karniyaruq" kimidir[9] Digər adı Karvansara olmuşdur. Qarnıyarıq dağının adındandır.[10] Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.

Əhalisi

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə buraya İran və Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir[11]. XIX əsrin ortalarında Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi[12] [136]. Ermənilərlə yanaşı 1897-ci ildə kənddə 50 nəfər azərbaycanlı yaşamışdır[13]. XX əsrin əvəllərində, 1905–1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi nəticəsində azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından qovulmuşdur.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.84
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.122
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.18
  6. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.51
  7. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.122
  8. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.179
  9. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  10. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарныјарыг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  11. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591–594
  12. Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”. IV. Тифлис,. 1886.
  13. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 18–19
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.