Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl.[1] Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы. III ҹилд: Гаjыбов – Елдаров. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1979, сəhифə 71.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.