Qardaşlıq köməyi (film, 1944)
Qardaşlıq köməyi | |
---|---|
Janr | sənədli film |
Rejissor | Ağaəli Dadaşov |
Ssenari müəllifi | Vladimir Yeremeyev |
Operatorlar |
Vladimir Yeremeyev Leonid Koretski |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1944 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
Dil | rusca |
İl | 1944 |
Texniki məlumatlar |
1 hissə 330 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir.
Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq.
Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar.
Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar.
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Rejissor: Ağaəli Dadaşov
- Ssenari müəllifi: Vladimir Yeremeyev
- Operator: Vladimir Yeremeyev, Leonid Koretski
- Bəstəkar: Tofiq Quliyev
- Musiqi tərtibatı: M.Rayev
- Səs operatoru: İlya Ozerski
Mənbə
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 88-89.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.