Qardaş qətli

Qardaş qətli - Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir.

Məzmun

Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir. O özünü cəsədin üstünə atır və bununla hadisə yerinə yığışmış camaatın cəsədə tamaşa etməsinin qarşısını alır. Eyni zamanda ürəkbulanması ilə çarpışan Şmar onun cangüdəni tərəfindən hadisə yerindən uzaqlaşdırılır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.