Qardaşəli Teyyubov

Qardaşəli Teyyubov (Tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; d.7 noyabr 1938, Şamaxı, Əngəxaran k, ö.27 noyabr 2012, Bakı — SSRİ Jurnalistlər Birliyinin üzvü

Qardaşəli Teyyubov
Qardaşəli Ağaqardaş oğlu Teyyubov
Doğum tarixi
Doğum yeri Şamaxı, Əngəxaran
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Ağaqardaş
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1962-2012
Mükafatları Qizil Qələm” mukafatı və s.

Həyatı

Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra 1962-ci ildə Sergey Mironovik Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir.

Ailəsi

Fəaliyyəti

Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” (Savalan) qəzetinin ştatdankənar əməkdaşı olmuş, “Bakı”, "Kommunist" (Xalq) qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin T.Qardaşəli 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki Tereqqi ugrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Hemkarlar Ittifaqinin orqani olan "Ùlfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ilde SSRI jurnalistlər Ittifaqinin üzvü seçilmişdir.

Mükafatları

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilmişdir. “Qizil Qələm” mukafatını layiq görülmüş, həmçinin SSRİ “Əmək Veteranı”dır.

Vəfatı

2012-ci il 27 noyabr vəfat etmiş, doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılmışdır.[1]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycanlı siyasətçinin ailəsinə ağır itki üz verib
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.