Qarbis Zakaryan
Qarbis Zakaryan (2 iyun 1930, İstanbul – 25 yanvar 2020, İstanbul) — Türkiyənin ilk peşəkar boksçusu, erməni əsilli idmançı.
Qarbis Zakaryan | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 2 iyun 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 2020 (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
İdman növü | boks |
Həyatı
İstanbulda doğulmuş Zakaryan Türkiyənin 50-ci və 60-cı illərdə rinqlərdə bir-birinin ardınca yalnız qələbə qazanmış ilk peşəkar boks idmançısı hesab olunur. 1949-cu ildə Türkiyə və İspaniya arasında keçirilmiş boks yarışında idman forması geyinmiş Zakaryan daha sonra 1950-ci ildə Almaniyadan tutmuş, Argentina, Misir, Livan, Fransa, Braziliya kimi ölkələrdə Türkiyənin idman şərəfini qoruyub. 1964-ci ildə isə o, Yaxın Şərq çempionu olub. 22 il idman karyerası yaşamış Zakaryan peşəkar olaraq 51 dəfə pinqə çıxıb. 1966-cı ildən təqaüdə çıxaraq məşqçiliyə başlayıb. Avropa çempionu Camal Kamaçi onun yetirməsidir. Zakaryan italyan əsili xanımı Esiliya ilə hazırda Sislidə qocalıq həyatını yaşayır[1].
İstinadlar
- ""Məni türk bayrağında dəfn edin"". 2010-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.