Qarazəncir
Qarazəncir (əvvəlki adı: Andreyevka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Andreyevka kəndi Qarazəncir kəndi adlandırılmışdır.[1]
Qarazəncir | |
---|---|
39°11′27″ şm. e. 48°36′29″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
1847-ci ildə rus kəndiiləri burada məskunlaşdıqdan sonra kənd Andreyevka adlanmışdı. 29 aprel 1992-ci ildə kəndin keçmiş adı bərpa edilərək Qarazancir adlandırılmışdır.
Toponimikası
Qarazancir adı rayonun ərazisinə düşən Talış sıra dağlarının şimal-şərq hissəsinə işarədir və "böyük dağ silsiləsi” mənasına uyğundur.[2]
Coğrafiyası və iqlimi
Kənd ovalıqda yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2701 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tanınmış şəxsləri
- Araz Cəfərov — Vətən müharibəsi şəhidi
İstinadlar
- "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- Qarazəncir // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629