Qarayusifli
Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qarayusifli | |
---|---|
40°18′52″ şm. e. 47°10′51″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | |
|
Tarixi
Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır.[1] Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur.[1]
XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur.[1] Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir. Alpoud ərazi dairəsinin inzibati binasıda Qarayusifli kəndində yerləşir.
Qarayusifli Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout inzibati ərazi vahidində kənddir. Qarabağ düzündədir.
İkinci Qarabağ müharibəsi zamanı
27 oktyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən "Smerç" raketindən[2] atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı, 1961 ci il təvəllüdlü Əliyeva Almaz Salah qızı şəhid olub 13 nəfər[3] isə xəsarət alıb.[4]
Mədəniyyət
Kənddə tam orta məktəb, klub vardır.
Əhalisi
Tanınmışları
- Həsən Kərimov — Sosialist Əməyi Qəhrəmanı
- Abbasov Rasim — Müəllim
- Xəlilov Məhəmməd Ənvər oğlu — Dövlət qulluqçusu[mənbə göstərin]
- Xəlilov Elnur Ənvər oğlu — Dövlət qulluqçusu[mənbə göstərin]
- Mikayılov İlham Xanlar oğlu — Dövlət qulluqçusu[mənbə göstərin]
- Quliyeva Maysə — Müəllim
- Baxşəliyev Əlizamin Murad oğlu — Dövlət qulluqçusu[mənbə göstərin]
- Qurbanov Rüstəm Cəlal oğlu — Dövlət qulluqçusu[mənbə göstərin]
- Xəlilzadə Pərviz Ağakişi oğlu — Qazi
Abidələri
- 20 Yanvar abidəsi *Qarabağ müharibəsi Şəhidlərinin abidəsi
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
- "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
Mənbə
- Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015