Qarayazı xalçaları

Qarayazı xalçalarıGəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.

Xalça
Qarayazı
Xalça haqqında məlumatlar
Tam adı Qarayazı xalçaları
Məktəbi Gəncə xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Qazax xalçaçılıq məktəbi[1]

Ümumi məlumat

Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır.

Bədii analiz

"Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir.

Texniki xüsusiyyətlər

"Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur. Kiçik ölçüdə olan xalçalar 100x150 sm və böyük ölçüdə olan xalçalar isə 180x300 sm olur.

İlmələrin sıxlığı: hər kvadrat metrdə 80 min ilmədən 120 min ilməyə qədər ola bilər.

"Qarayazı xalçaları"nda xovun hündürlüyü adətən 7–9 mm-dir.

Mənbə

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.