Qaraxonay Milli Parkı
Qaraxonay Milli Parkı (isp. Parque nacional de Garajonay) — Kanar adalarından (İspaniya) biri olan Qomera adasının mərkəzində və şimalında yerləşən milli park. Ərazi 1981-ci ildə milli park, 1986-cı ildə isə UNESCO tərəfindən Ümumdünya irsi elan edilmişdir. Park 40 km 2 (15 kv mil) ərazinin və adadakı altı bələdiyyənin hər birini əhatə edir.
Qaraxonay Milli Parkı | |
---|---|
Parque Nacional de Garajonay | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1981[1] |
Yerləşməsi | |
28°07′34″ şm. e. 17°14′14″ q. u. | |
Ölkə | |
miteco.gob.es/es/red-par… | |
|
|
Rəsmi adı | Garajonay National Park |
Tipi | Təbii |
Kriteriya | (vii), (ix) |
Tarixi | 1986 (10-cu sessiya) |
İstinad nöm. | 380 |
Ölkə | İspaniya |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Hər il parka 450 minə yaxın turist gəlir. Turistlər üçün yaşayış yeri isə yalnız parkın hüdudlarından kənarda var.[2]
Park, adanın ən yüksək nöqtəsi olan 1,487 metr (4,879 ft) hündürlüyündəki Qaraxonay qaya formalaşmasının şərəfinə adlandırılmışdır. Əraziyə həmçinin, dəniz səviyyəsindən 790-1,400 m yüksəkliyindəki kiçik yayla da daxildir.
Mənzərə
Park, üçüncü dövrdə demək olar ki, bütün Cənubi Avropanı əhatə edən rütubətli bir subtropik meşə olan Kanar monteverdesinin və ya dəfnə meşələrinin ən yaxşı nümunəsini təqdim edir. Bu meşələrə Azor və Madeyra adalarında da rast gəlinir. Milli park vahid meşə növü ilə adlandırılsa da, bir neçə növ meşəni əhatə edir. Şimala yönəlmiş əksər rütubətli və qorunan vadilər ən zəngin və ən mürəkkəb meşələrə malikdir. Ən böyük dəfnə ağaclarının tapıla biləcəyi bu həqiqi subtropik rütubətli meşə vadi monteverdesi kimi tanınır. Daha yüksək hündürlüklərdəki, külək və günəşdən daha az qorunan meşələr daha zərif növləri itirir. Bu ərazi yamac monteverdesi (isp. laurisilva de ladera) adlanır. Cənubda meşələr, əsasən az rütubətli atmosferə uyğunlaşmış fıstıq və erikanın qarışığından ibarətdir.
Milli parkın digər xüsusiyyətləri ada boyunca rast gəlinən kütləvi qayalardır. Bunlar formaları eroziya ilə dəyişmiş köhnə vulkanlardır. "Fortaleza" (İspan dilində qala) kimi bəziləri, yerli adalılar tərəfindən müqəddəs sayılırdı. Çünki, bura hücum anında ideal sığınacaq idi. Park, adanın əsas turizm fəaliyyətlərindən biri olan trekkinq üçün hazırlanmış 18 piyada yolundan ibarət böyük bir şəbəkə ilə keçilir.
Parkdakı flora və fauna növlərinin çoxu Makaroneziya adaları, Kanar adaları və ya Qomera üçün endemikdir və Qaraxonay meşəsi, çox sayda endemik növ də daxil olmaqla, bitkilərin, onurğasızların, quşların və yarasaların zəngin biotasını saxlayır.
Sürünənlərə aid iki növ, Gallotia gomerana və Chalcides viridanus tapıla bilər. Amfibiyalara, zolaqsız ağac qurbağası və Hyla meridionalis daxildir.
Park, Kanar üçün iki endemik göyərçin növü olan Columba junoniae və Columba bollii-ni müşahidə etmək üçün ən yaxşı yerlərdən biri kimi tanınmışdır.
2012-ci ilin avqust ayında baş verən meşə yanğını milli parkın 747 hektarını (18%) yandırdı.[3]
İstinadlar
- Nationally designated areas (CDDA) (ing.).
- 갈라호네이국립공원. www.doopedia.co.kr (koreya). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- El Cabildo de La Gomera ve una 'planificación malévola' tras el incendio