Qaraxanlı türkcəsi

Qaraxanlı türkcəsi — uzun illər bundan əvvəl yaranmış, türk tayfalarının ərazisində istifadə edilən və türk dilinin yaranmasında əsas rol oynayan dillərdən biri. Bəzi mənbələrə görə bu dil Qaraxanlı dövlətinin tərkibində yaranmışdır. Bu dili Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" adlı əsərində istifadə etmişdir. Qaraxanlı dövləti süqut etdikdə bu dildən qalan yeganə eksponat elə məhz Mahmud Qaşqarlının əsəridir.

Qaraxanlı türkcəsi və ya Hakaniye ləhçəsi türk dilinin tarixində danışılmış və yazılmış olan tarixi dillərdən biridir. Türk dilinin tarixi qədim, orta və yeni olaraq üç dövrə ayıran türkoloqlara görə qaraxanlı türkcəsi orta türkcəsinin ilk dövrünü əmələ gətirir. Belə düşünən türkoloqlara görə X-XV əsrlər arası orta türkcə dövrüdür. XIII əsrdən etibarən türk yazı dilinin şimal-şərq və cənub-qərb iki ayrı qol halında inkişaf etdiyini nəzərə alaraq bir qisim türkoloqlar qaraxanlı türkçəsini qədim türkcəyə aid edirlər. Bu günə çatan mətnləri XI və XII əsrə aid olan qaraxanlı türkcəsi qədim uyğur türkcəsi ilə eyni dövrə aiddir[1].

Tarix

V-XI əsrləri əhatə edir. Qədim türkcə dövrünün üç hissəsindən biridir. Ligetin təsnifatına görə öz içində üç dövrə bölünür.

  1. Mani və Buddanın tərcümələri ilə uyğur yazı dilinin quruluşu
  2. Çağatay yazı dili dövrü
  3. Qıpçaq və Oğuz dil yadigarları dövrü

Hakaniye türkcəsinə qədim kaşqar dili də deyilə bilər. Bu ərazidəki türklərin XIV əsrin əvvəllərinə qədər istifadə etdikləri ədəbi dildir. Qaraxanlı türkcəsi və qərbdə xarəzm türkcəsi Teymurilərin dövründə öz yerini çağatay türkcəsinə vermişdir.

Əlifba

Qorunmuş son Orta Başlanğıc Adı ALA-LC Hərf tərcüməsi Azərbaycanca
elifa, âa, e, â
hemzeˀ', a, e, i, u, ü
beb, pb
pepp
tett
sess
cimc, çc
çimçç
hah
ẖ, xh
daldd
zelzz
rerr
zezz
jejj
sinss
şınşş
sads
ﺿ dadż, d, z
t
z
ayınʿ', h
gayınġg, ğ
feff
kafḳ, qk
kefk, g, ñk, g, ğ, n
gef¹ g g, ğ
nef, sağır kefñn
lamll
mimmm
nunnn
vavv, w, o, ô, ö, u, û, üv, o, ö, u, ü, û
heh, e, ah, e, a
lamelifla
yey, ı, i, îy, ı, i, î

Əlavə hərflər

Bütün bu türk dillərində istifadə olunan hərflər on səkkizdir. Yazıya daxil olmayan, lakin tələffüzdə zəruri sayılmayan başqa yeddi hərf daha var. Bu hərflər olmadan türk dilləri ola bilməz. Bunlar:

پ p
ج c
رۛ j
ف f
غ g
ك g
ڭ ng

hərfləridir.

Əsərlər

Hər nə qədər Qəznəvilər və Səlcuq övladları türkcəyə önəm verməyib farscaya daha çox üstünlük vermişlər kimi göstərilsə də digər türklər və türk ağsaqqalları milli dilə qiymət verdilər və bu dildə 21 əsər yaratmışdılar[2].

Qaraxanlı dövlətinin hakimiyyəti dövründə ilk dəfə Hakaniye türkcəsində yazılmış Yusif Has Hacipin (Yusuf Khas Hacib) yazdığı və Kutadgu Biliginin adlı əsəri ilə eyni əsrdə yazılmış Mahmud Qaşqarlının məşhur əsəri, Divan-ı Lügati't-Türkdür. İbn Muhannanın danışdığı dörd, Əbu Hayyanın (Əbu Musa Ǧabir ibn yayyan) və digərlərinin bəhs etdiyi Bilik adlı bir əsər, təəssüf ki, bu günə qədər tapılmadı. qaraxanlılar dövründə Çuçu adlı bir türk şairi də yetişmişdir.

Səslər

Saitlər

Saitlər türk dilinin hər dövründə olduğu kimi qaraxanlı türkcəsində də olmuşdur.

Qalın saitlər İncə saitlər
а e, é
ı i
o ö
u ü

Samitlər

Qaraxanlı dili bugünkü yazı dili ilə müqayisə olunduqda bir neçə samitdən başqa digərlərinin istifadə olunduğunu görə bilərik. Bu samitlər: b c ç d ḍ f g ğ h ḥ j k l m n p r s ş t v y z samitləridir.

Şəkilçilər

Gələcək zaman şəkilçiləri

Qaraxanlı türkcəsində gələcək zaman -ga ; -ge, -gay ; -gey və -gu ; -gü şəkilçiləri ilə düzəlir. ol yag korgay; ol evge bargay; ol manga kelgey; barġay men kimi sözün kökünə əlavə olan əlavələr Çiğil, Yağma, Toxsı, Argu, yuxarı Çinə qədər Uyğur dillərində bir qaydadır[3][4]. Qədim türkcədə istifadə olunan -daçı ; -deçi, -taçı ; -teçi şəkilçiləri isə qaraxanlı türkcəsində çox az istifadə olunmuşdur[5][6].

Qaraxanlı türkcəsində yaxın gələcək zaman deyilən ikinci bir gələcək zaman mövcud olmuşdur. Yaxın gələcək zaman -ġalır ; -gelir, -galur ; -gelür kimi şəkilçilər ilə düzəldilmişdir[7][8].

Şəxs əmr sonluqları

Qaraxanlı dövrü türkcəsində birinci şəxs əmr sonluğunda -yın, -yin iken, ikinci şəxs üçün -ğıl, -ğil istifadə olunmuşdur[9]. Bu dövrdə ikinci şəxs sonluğu daha istifadə olunmuş və tədricən şeir dilinə də keçmişdir. Kutadgu Bilig bu mövzuda yaxşı bir qaynaqdır. Bu nümunələrdən də göründüyü kimi bu əmr sonluqları qaraxanlı dövrünün dəyişməz qramatik qaydası olmuşdur[10][11].

Ad qısaltma -qına əlavəsi

İlk dəfə olaraq Tonyukuk Yazısında istifadə olunan -qına əlavəsi türkcənin tarixi i inkişafında səs quruluşu və funksiyası baxımından geniş bir istifadə olunmuşdur. Uyğur dövründə -qına əlavəsi tərkibindəki nğ (ñ) səsinin ayrılması ilə damaq ahəngindən asılı olaraq -qıya, -qıa, -kiye şəkillərini almışdır. Qaraxanlı türkcəsində (n və y şəklində) -qına; -qiya -kiye şəklində qüvvətləndirmə, azaltma və miqdar ifadələri yaratmaqda istifadə olunmuşdur[12][13][14].

İstinadlar

  1. Ahmet Bican Ercilasun. Başlangıçtan Günümüze Türk Dili Tarihi. Ankara: Akçağ Yayınları. 342. ISBN ISBN 978-975-338-589-3.
  2. Atalay, Besim. Divanü Lügati't - Türk. I. Ankara: Türk Tarih Kurumu Basımevi. 2006. səh. 8. ISBN ISBN 975-16-0405-2.
  3. Atalay, Besim. Divanü Lügati't - Türk. III. Ankara: Türk Tarih Kurumu Basımevi. 2006. səh. 236. ISBN ISBN 975-16-0405-2.
  4. Kutadgu Bilig. . 541.
  5. Hacıeminoğlu. . 1996. səh. 187.
  6. Ercilasun. . 1984. səh. 126,129.
  7. Ercilasun. . 1984. səh. 133,135.
  8. Hacıeminoğlu. . 1996. səh. 188.
  9. A. von Gabain. Alttürkische Grammatik. Leipzig. 1950. səh. 110.
  10. Kutadgu Bilig. . səh. 334.
  11. M. Mansuroğlu. Das Karachanidische. I. səh. 106.
  12. Necmettin Hacıeminoğlu. Karahanlı Türkçesi Grameri. Ankara: TDK Yay. 2003. səh. 15,16.
  13. Atalay, Besim. Divanü Lügati't - Türk. III. Ankara: Türk Tarih Kurumu Basımevi. 2006. səh. 359. ISBN ISBN 975-16-0405-2.
  14. Kutadgu Bilig. . I. səh. 399.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.