Qaraxanlı (Ağcabədi)

QaraxanlıAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Qaraxanlı
40°04′29″ şm. e. 47°07′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qaraxanlı xəritədə
Qaraxanlı
Qaraxanlı

Toponimikası

Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır.

Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür.

1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır.[3]

Əhalisi

Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.

Şəhidləri

İqtisadiyyatı

Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşğul olur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.