Qaraxaç

Qaraxaçİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[3]

Kənd
Qaraxaç
39°50′54″ şm. e. 44°58′42″ ş. u.
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831[1]
Sahəsi
  • 41,94 km²
Mərkəzin hündürlüyü 2.000 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 478 nəf. (2011)[2]
Rəsmi dili
Qaraxaç xəritədə
Qaraxaç
Qaraxaç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.

Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə [6] xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8].

1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.

1873 - cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni,1886-cı ildə 498 nəfər azərbaycanlı, 288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdır[9].

1918-ci ildə azərbaycanlılar zorla və qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişlər.Qaraxaçda ermənilərlə yanaşı 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır[9].

1948-49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər yaşayır.

İstinadlar

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.98
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s. 119
  6. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.80-81
  7. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.555-556
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.156
  9. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.