Qaravəlli (Ağcabədi)

QaravəlliAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Qaravəlli
40°11′12″ şm. e. 47°14′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub XVII əsr
Sahəsi
  • 18 km²
Mərkəzin hündürlüyü 45 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.000 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0421
Digər
qaravəlli.com
Qaravəlli xəritədə
Qaravəlli
Qaravəlli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub.

Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar.

Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi. Ondan törəyib el yapanlara Qaraevelli dedilər.

Tarixi abidələri

Kəndin ərazisində qədim və orta əsrlərin Torpaq Qalası (Səngər təpə V–X yüz il) var. Bundan əlavə, kənddə şəhid Şahin Məhərrəmovun da abidəsi mövcuddur.

İqtisadiyyatı

İqtisadiyyatın əsasını kənd təsərrüfatı – əkinçilik və maldarlıq təşkil edir. Əsas kənd təsərrüfatı sahəsi taxılçılıq, pambıqçılıq, yemçilikdir. Bundan başqa bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artmışdır.

Coğrafiyası və iqlimi

Qaravəlli kəndi Ağcabədi rayonunun Bərdə rayonu ilə sərhədində yerləşir. Lənbəran, Bəcirəvan (Bərdə), Quzanlı, Gələbədin ilə həmsərhəddir. Kənd Mingəçevir-Bəhramtəpə (Yevlax-Ağdam yolu) yolunun solunda, Yuxarı Qarabağ kanalının sol, Xaçınçayın sağ sahilində (Yuxarı Qarabağ kanalı və Xaçınçayın kəsişdikləri yerdə) yerləşir. Rayon mərkəzindən 25 km, Bakıdan hava xətti ilə 224 km, avtomobil yolu ilə 280 km aralıdır. Qarabağ düzündə yerləşir.

Dəniz səviyyəsindən 45 m hündürlükdə yerləşir. Orta aylıq temperatur yanvarda 1,2 – 1,7 °C, avqustda isə 25–30 C-dir. İllik yağıntı 250–350 mm-dir.

Qaravəlli kəndinin relyefi düzənlikdir, ərazinin səthi Aptropoden sisteminin kontinental – Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Kənddə meliorasiya işləri tətbiq olunur.

Heyvanları: Qurd, çöldonuzu, çaqqal, tülkü, bataqlıq qunduzu, porsuq, boz dovşan, Kiçik Asiya qum siçanı və s.

Quşları: turac, göyərçin, qaraqarın bağrıqara, qırqovul, ördək və s.

Kəndin ərazisindən batıda Yuxarı Qarabağ kanalı və quzeydə Xaçın çayi keçir. Kənd onların kəsişdiyi yerdə olmaqla Bərdə və Ağdam rayonları ilə həmsərhəddir. Xaçın çayı həm də kəndin quzey sərhəddini müəyyən edir.

Bələdiyyə

1999-cu ilin dekabrında keçirilən bələdiyyə seçkiləri nəticəsində Qaravəlli bələdiyyəsi yarandı.

Bələdiyyə daxil olan torpaqların ümumi sahəsi 1817 hektardır.

Mədəniyyəti

Kənddə Mədəniyyət Evi, klub, Kitabxana fəaliyyət göstərir. Yeni məktəb binası şagirdlərin istifadəsindədir, məktəb kompyuret ilə təmin olunub. Kənddə 15 çarpayılıq xəstəxana,2 dairə seçki məntəqəsi, telefon stansiyası, internet və poçt fəaliyyət göstərir. Kəndə təbii qaz çəkilib və daimi elektiriklə təmin edilib.

Təhsil

Kənd orta məktəbinin binası

Kəndin təxminən 600 nəfərdən çox ali təhsillisi olmuşdur. Onlardan bir neçəsinin iki ali təhsili vardır. Qaravəlli kəndi təhsilin səviyyəsinə görə istər Sovetlər dönəmində, istərsədə Müstəqillikdən sonrakı dövrdə Ağcabədi rayonunda həmişə birincilərdən olmuşdur.

Əhalisi

Qaravəli kəndinə aid bilinən ilk rəsmi siyahıyaalma 1893-cü ilə aiddir. Həmin il Kelabedin kənd okruquna aid Qaravəlli kəndində 293 nəfər tatar (türk) yaşayıb. Hazırda kəndin əhalisi 3625 nəfərdir. Əhalisinin yarıdan azı kənddə, qalanları rayon mərkəzində yaşayır.

Tanınmış şəxsləri

  • İsmayılov Ceyhun Nəsib oğlu — iqtisad elmləri üzrə fəlsəfə doktoru
  • Quliyev Ərşad Yunis oğlu — kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
  • Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru
  • Bəylərov Arzuman Cəlil oğlu — kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
  • Mehdiyev Əlisafa Pəsərək oğlu — siyasi elmlər üzrə fəlsəfə doktoru, hərbi jurnalist, ehtiyatda olan mayor

Şəhidləri

  • Əliyev Mustafa Cəlil oğlu — 1992-ci ildə Ağdərədə itkin düşmüşdür.
  • Məhərrəmov Şahin Nədulla oğlu — 1993-cü ildə şəhid olmuşdur.
  • Eyvazov Şirvan Hümbət oğlu — 1992-ci ildə şəhid olmuşdur.
  • Xudaverdiyev Fəqan Baxış oğlu — 2008-ci ildə şəhid olmuşdur.
  • Bayramov Xəzər Azad oğlu — 2020-ci ildə şəhid olmuşdur

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.