Qaravəlilər

QaravəlilərAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaravəlilər kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaravəlilər kəndi mərkəz olmaqla, Qaravəlilər kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Qaravəlilər
40°43′43″ şm. e. 45°25′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qaravəlilər xəritədə
Qaravəlilər
Qaravəlilər

Toponimikası

Yerli əhalinin məlumatına görə, XIX əsrdə Mülkülü kəndindən çoban Qaravəli adlı şəxsin əvvəllər burada binəsi olmuş və Qaravəlinin binəsi adlanmışdır. Sonralar imirzələr tirəsinə mənsub ailələrin (Tovuz rayonunun Bozalqanlı kəndindən) saldığı kənd də Qaravəlinin adı ilə adlanmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 422 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.