Qaratağlar

QaratağlarAzərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.[2]

Qaratağlar
40°24′58″ şm. e. 46°06′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 175 nəf. (2009)[1]
Qaratağlar xəritədə
Qaratağlar
Qaratağlar

Toponimikası

Oykonim "qara" (burada "qara" komponenti etnonimə işarədir), "tağ" (Azərbaycan dilinin dialektlərində "cərgə, sıra") sözlərindən və "-lar" cəm şəkilçisindən ibarət olub, "qaralar və ya qaraqullar yaşayan məhəllə, cərgə" mənasındadır. Oykonim 1917-ci ildə Qaradağlar variantında qeydə alınmışdır.[3]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) yamacında yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 154 83 71
2009[5] ↗175 ↗86 ↗89

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə Qaratağlar kənd kitabxana filialı, Qaratağlar kənd klubu fəaliyyət göstərir.[6]

Təhsil

Kənddə Daşkəsən rayon Qaratağlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.