Qaraqoyunlu (Sayınqala)
Qaraqoyunlu (fars. قره قويونلو) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Qaraqoyunlu | |
---|---|
fars. قره قويونلو | |
36°49′00″ şm. e. 46°23′50″ ş. u. | |
Ölkə | İran |
Region | Qərbi Azərbaycan ostanı |
Rayon | Şahindej şəhristanı |
Əhalisi | |
Əhalisi | 791 nəfər (2006) |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | Şiə müsəlmanlar |
|
Əhalisi
2006-cı il məlumatına görə kənddə 791 nəfər[1] yaşayır (164 ailə). Bu kəndin bütün əhalisi etnik azərbaycanlılardan ibarətdir və azərbaycanca danışırlar. Kənd əhalisi qaraqoyunlu oymağındandır.
Coğrafiya
Bu kənd Sayınqala bölgəsinin şimali hissəsində yerləşir və cənubdan cıgatu çayı ilə həmsərhəddir. Şərqdən Ağcalı kəndi , qərbdən Keşavərz şəhəri və şimaldan isə Aşağı Qarabulaq kəndi ilə qonşudur. Kəndin havası qışı soyuq və qarlı, yayı isə mülayim keçir.
Əhalinin peşəsi
Əhalinin çox hissəsi kənd təsrrüfatı və davar saxlamaqa məşğul olar və onların bir qismi də böyük şəhərlərə o cümlədən Təbriz, Urmiya və Sayınqalaya köçmüşlər. Kənddə yetişdirilən meyvə ağacları: badam, üzüm, alma və cəviz.
İstinadlar
- "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.