Qaraqoyunlu (Şəmkir)

Qaraqoyunlu (1991-ci ilədək Spitakşen) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

Qaraqoyunlu
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 121 nəfər

Tarixi

Şəmkir r-nunda kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Ağkənd olmuşdur. Yerli əhali arasında daha çox bu adla tanınır. Kəndi həmin r-ndakı Dağ Cəyir kəndindən gəlmiş ailələr onlara məxsus binə yerində salmışlar. Yaşayış məntəqəsinə salındığı ərazidə torpağın üst qatının ağ rəngdə olduğuna görə Ağkənd adı verilmişdir. Köçüb gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Spitakşen adlandırılmışdı. Bu da Ağkənd adının erməni dilinə hərfi tərcüməsidir. 1990-cı ildə kəndin adı yenidən dəyişdirilərək Qaraqoyunlu adlandırılmışdır. Kənd sakinlərinin əksəriyyəti Ermənistanın Qaraqoyunlu mahalından zorla köçürülmüşdür.[1]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

Əhalisi

Kənd əhalisi 121 nəfərdir ki, onunda 59 nəfəri kişi, 62 nəfəri isə qadınlar təşkil edir.

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.