Qaraqala (Dərəçiçək)

Qaraqalaİrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[1]

kənd
Qaraqala
40°38′ şm. e. 44°33′ ş. u.
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Qaraqala xəritədə
Qaraqala
Qaraqala

Tarixi

Misxana (Marmarik) çayının sahilində, Tayçarıx kəndinin yaxınlığında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[2] qeyd edilmişdir.1728-ci ildən mə'lumdur.[3][4]

Toponimi

Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd ərazidəki qara daşlardan tikilmiş qalanın yanında salındığı üçün Qaraqala adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 290 nəfər, 1914-cü ildə 413 nəfər, 1916-cı ildə 247 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar doğma kəndlərinə qayıda bilmişdir. Kənddə 1922-ci ildə 83 nəfər, 1926-cı ildə 132 nəfər, 1931-ci ildə 193 nəfər azərbaycanlı yaşamışdır[5]. 1948–49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarına əsasən azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, tarixi-etnik torpaqlarından deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. İkinci Dünya müharibəsindən sonra Razdan çayının üstündə su anbarının tikilməsi ilə əlaqədar olaraq kənd ləğv edilmişdir.[6]

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.81
  3. İrəvan əyalətinin icmal dəftəri. . Bakı,. 1996.
  4. Парвицкий А.В. Экономический быт государственных крестьян Западной части Шарура и восточной части Даралагеза Шарура-Даралагезского уезда Ериванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”. III. Тифлис,. 1886.
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.16–17, 102–103
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарагала // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.