Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qaraqaş | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Qaraqaş |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Növləri
- Adi qaraqaş (Acanthalburnus microlepis)
- Acanthalburnus urmianus (Günther, 1899)
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 111.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.152
- Integrated Taxonomic Information System (ing.). 2005.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.