Qaraqışlaq (Zəngibasar)
Qaraqışlaq, Dostluq (1978), Hayanist (1991) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.[2]
Qaraqışlaq | |
---|---|
40°07′11″ şm. e. 44°22′39″ ş. u. | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 850 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə[3], «qış vaxtı heyvandarların yaşadığı yer, yaşayış yeri» mənasında işlənən qışlaq sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[2]
Tarixi
Qaraqışlaq İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə, Zəngi çayından axan arxın sağ sahilində, Qarnıgöz bulağının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Dostluq, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdur.[2]
Əhalisi
Kənddə 1831-ci ildə 151 nəfər, 1873-cü ildə 735 nəfər, 1886-cı ildə 735 nəfər, 1897-ci ildə 1007 nəfər, 1904-cü ildə 832 nəfər, 1914-cü ildə 1123 nəfər, 1916-cı ildə 1052 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 514 nəfər, 1926-cı ildə 753 nəfər, 1931-ci ildə 850 nəfər azərbaycanlı yaşamışdır[6]. 1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.[2]
Görkəmli şəxsiyyətləri
- Mirzə Yusif — Azərbaycan Jurnalistlər Birliyinin üzvü
- Məmməd Salmanov — akademik.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. səh.90
- 93, s.42
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.161
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.117
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153