Qaraqışlaq (Salmas)

Qara Qışlaqİranın Qərbi Azərbaycan ostanlığılı Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsinə daxil olan kənd.

Qaraqışlaq
38°12′19″ şm. e. 44°57′07″ ş. u.
Ölkə
Qaraqışlaq xəritədə
Qaraqışlaq
Qaraqışlaq

Ad və coğrafiya

Qaraqışlaq İranın Qərbi Azərbaycan ostanlığı, Salmas şəhristanına daxildir. Şərqdən Kəngərli kəndi, qərbdən Sultanəhməd kəndi, şimaldan Yalğız ağac kəndi və güneydən Ağziyarət kəndi ilə əhatələnir. Bu kəndin adı iki hissədən ibarətdir (qara) və (qışlaq). Qışlağın anlamı bu gün bizim üçün daha aydın və bəllidir. Bu adın mənası ellərin qış fəslində qaldığı yerlərdir. Amma “qara” sözü bugünkü türk dilində ilk nəzərdə rəngi bildirsə də, əski tarixdə daha artıq mənası və anlamı var idi. Qara böyüklük, çətinlik və ya yüksək olmaq anlamında işələdilirdi. Bu baxımdan qaraqışlaq - böyük qışlaq mənası kəsb edir.

Tarix

Kənd əhalisi özlərini qaşqay türkləri hesab edirlər. Bu kənd, tarix boyunda üz verilmiş acı xatirələr ilə tanınır ki, İsmail Ağa Şıkaki (Şimko ) adıyla bağlıdır. 1919-cu ildə Birinci Dünya müharibəsi zamanında, Qaraqışlağa Şimkonun tabeliyində olan kürdlər tərəfindən hücum olunmuşdur. Kürdlərin qarşısını almaq məqsədi ilə Yusif xan Qaraqışlaqlının (Məsud Divan) başçılığı ilə Qaraqışlaq qüvvələri təşkil edilir. Pəhləvi rejminin yardım etməməsi və kürdlərin başdan ayaqa silahlanması səbəbi ilə döyüşdə Məsud Divan və 3500 nəfərə yaxın qünahsız insan şəhid olmuşdur.

Dil, din və əhali

Qaraqışlaq kəndində yaşayanlar azərbaycan türkləridirlərazərbaycan türkcəsində danışırlar. 2006-cı ilin siyahıya alınmasına əsasən kənddə 2200 nəfər yaşayır (560 ailə)[1].

Tanınmış şəxsiyyətləri

Kəndin ən tanınmış şəxsiyyətlərindən demək olar Yusif xan Qaraqışlaqlıdır (Məsud divan) ki, Qaraqışlaq savaşında şəhid olmuşdur. Məsud divanın qızı Nimtac Səlmas ilk qadın şairdir ki, siyasət və sosial məzmunlu şeirlər yazmışdır. Məsud divanin oğlu Teymur Ləkestani İran elektrikləşmənin atası və Tehran Şərif Universitetinin yaradıcılarından biridir.

Görməli yerlər və adətlər

Kəndin görməli yerlərindən Məsud divanın məzarı və ha belə gözəl, səfalı təbiəti, mənzərəsi və ləzzətli bulaq suyudur. Hər il təbiət günündə (baharın ilk ayının 13-cü günü) kəndin əhalisi Qoşa təpədə (kəndin yaxınlığında olan dağ) və onun ətrafında yığışıb şənlik edir. Hər il məhərrəm ayında İmam Hüseynə görə mərasim keçirmək Qaraqışlaqlıların əski adətlərindən biridir. Bu ayda zəncir dəstələri, sinə dəstələri və növhə oxuyanlar heydana çıxarlar və öz sevgilərini İmam Hüseynə bildirirlər. Aşura günündə aşura şəbeh mərasimi keçirməkdən sonra məzarlığa gedərək öz ölülərini ziyarət edirlər. Kəndin əhalisi yeni ili (Novruz bayramı), Fitrə bayramını və çillə gecəsini şənliklərlə qarşılayırlar.

İstinadlar

  1. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-16.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.