Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir.
Qaranquş yuvası | |
---|---|
ukr. Ластівчине гніздо | |
44°25′50″ şm. e. 34°07′42″ ş. u. | |
Ölkə | Ukrayna |
Yerləşir | Krım |
Memar | Leonid Şervud |
Tikilmə tarixi | 1911-1912-ci illər |
Üslubu | Neoqotika |
Rəsmi sayt | замок-ласточкино-гнездо.рф |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir.[1] "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı.[2] Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi.
Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.[1] 1914-cü ildə binanı restoran kimi istifadə etmək şərtilə P. G. Şelaputinə satdı. Rus İnqilabından sonra bina yalnız turistik məqsədlə istifadə edildi. 1927-ci ildə 6–7 bal gücündə baş verən zəlzələ baş verdi. Binaya heç bir zərər dəymədi, lakin binanın yerləşdiyi yamacda çatlar əmələ gəldi. 1930-cu illərdə bina kitab oxumaq üçün klub kimi istifadə edildi. Təhlükəsizlik tədbirlərini əsasə gətirərək, bina xalqın üzünə qapılarını 40 illik bağladı. 1968-ci ildə binada təmir işlərinə başladılar.[3] 1975-ci ildən bina restoran kimi fəaliyyət göstərir.[4] 2011-ci ildə bina yenidən 3 aylıq təmir işləri ilə əlaqədar olaraq bağlanmışdır.
Xarici keçidlər
İstinadlar
- https://web.archive.org/web/20140228105517/http://www.lastochka.com.ua/html/history1.html
- "Arxivlənmiş surət". 2017-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
- "Arxivlənmiş surət". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.
- "Arxivlənmiş surət". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.