Qaranlıq Krallıq

Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu)yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir.

Seylor Mun düşmən qrupu
Qaranlıq Krallıq

Qaranlıq Krallığın üzvləri. Sol sütun: Cedayt, Zoysayt, KunsaytNefrit. Sağ sütun: Kraliça Metariya, Kraliça BerilEndo.
Hekayə arkı:Qaranlıq Krallıq
Dublaj adı:Neqaverse
Lider:Kraliça Beril
Xaos forması:Kraliça Metariya
Əsas üzvlər:Sitenno
Bədheybət növü:Youma
Qaranlıq Agentlik müğənniləri
Əşyalar:Kristal kürə, Qara Kristal

Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır.

Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.

DiC ingilis adaptasiyasında Qaranlıq Krallığın adı dəyişdirilərək "Neqaverse" edilmişdir (ingilis dilindəki "negative" və "universe" sözlərindən). Kraliça Beril öz məqsədlərini aydınlaşdırmaq üçün tez-tez neqa prefiksindən istifadə edir (məsələn, neqatarix, neqagüc və s.). Bu cür yanaşma ingilis adaptasiyanın ilk iki mövsümündə davam etmişdir.

Aparıcı üzvlər

Kraliça Beril

Kraliça Beril (クイン・ベリル, Kuin Beriru)"Seylor Mun" seriyasının ilk əsas mənfi personajı. Adını beril mineralından almışdır. Beril çox güclü sehirli gücə malikdir, amma köməkçilərindən yığdığı həyat enerjisini Kraliça Metariyaya ötürməklə məşğuldur. Bir çox versiyada Beril qara qüvvə ilə başqalarının zehinlərini ələ keçirmə bacarığına malikdir. Onun generalları Şahzadə Endimionun ən yaxın dostları və cangüdənləri idilər. Kraliça Beril bu gücü ilə Taksedo Maskı təsiri altına sala bilmişdi.

Hadisələr başlamazdan qabaq Beril Gümüş Minillik dövründə gənc qız idi.[1] Beril Şahzadə Endimiona vurulur, lakin sevgisi qəbul olunmur. Şahzadə Endimionun Şahzadə Sereniti ilə əlaqəsini öyrəndikdən sonra Kraliça Metariyanın tərəfinə keçir və zehni onun tərəfindən ələ keçirilir.[1] Beril Yer insanlarının Ay Krallığına qarşı müharibəyə başlamasına nail olur. Beril Serenitini qorumağa çalışan Endimionu öldürür, buna dözməyən Sereniti özünü öldürür. Daha sonra Seylor Venera Müqəddəs Ay qılıncı ilə Berili öldürür. Kraliça Sereniti ölməzdən qabaq Kraliça Metariyanı möhürləyir və krallıq sakinlərinin gələcəkdə Yerdə reinkarnasiya olmalarına şərait yaradır.[1] Beril XX əsrdə yenidən doğulur, amma Kraliça Metariyanın möhürləndiyini öyrənir. Buna görə də Arktikaya yerləşir. O, Qaranlıq Krallığın kraliçası olur. Kraliça Metariyaya yenidən xidmət verməyə başlayır və Sitenno — Cedayt, Nefrit, Zoysayt və Kunsayt Əfsanəvi Gümüş Kristalı tapmağa və yenicə ayılmış Seylor döyüşçülərini öldürməyə çalışır. Kraliça Beril Mamoru Çibanın zehnini ələ keçirib komandaya daxil edir. Amma sonda kristalı əldə edə bilmir və yenə Seylor Veneranın reinkarnasiyası olan Minako Ayno tərəfindən eyni qılıncla öldürülür. Öləndə Beril Endimionu həmişə izlədiyini deyir.[1] Animeyə nisbətən manqada daha faciəvi təsvir edilmişdir.[2]

Animedə Kraliça Sereniti Ay şahzadəsini axtaran Seylor döyüşçülərinə və Seylor Muna hücum edir. O, hətta Mamorunun zehnini ələ keçirib onun Usaqiyə hücum etməsinə məcbur edir. Amma Mamoru onun kontrolundan qurtulduqdan sonra Beril Metariyadan daha çox güc istəyir, nəticə Super Berilə çevrilir.[3] Seylor Mun sonda Şahzadə Serenitiyə çevrilərək Ay dəyənəyinin gücü ilə Berili və Metariyanı məhv edir.

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Beril şahzadəni və Əfsanəvi Gümüş Kristalı tapmaq, Metariya üçün enerji yığmaq üçün Sitennonu göndərir. Cedayt və Nefrit ona qarşı olsa da, Zoysayt Şahzadə Endimiona daha sədaqətli olmuşdur. Kunsayt isə Kraliça Metariyanın güclərini özünə götürməyə çalışmışdır. Bunlar Berilə məlum olduqdan sonra sehrin köməyi ilə onların xidmət verməsinə nail olmuşdur, amma ancaq Nefrit və Kunsayt öz keçmişlərini tamamilə unutmuşlar. Beril öz kölgəsindən Mio Kurokini yaradır, onun köməyi ilə Usaqi Tsukinonun ad-sanına xətər yetirməyə çalışır. Mio Berilin gözlərinə və qulaqlarına çevrilir. Beril Mamoru Çibanın Şahzadə Endimion olduğunu öyrənəndə Beril ona məcbur edir ki, Nefritin timsalında necə öldürə biləcəyini görsün.

Animedə Kraliça Beril Keyko Han tərəfindən səsləndirilmişdir. Səsyazma zamanı Keyko həm də Luna personajını da səsləndirmiş, buna görə də tez-tez səs tembrini dəyişdirməli olmuşdur.[4] "Sailor Moon Crystal" animesində isə Kraliça Berili Misa Vatanabe səsləndirmişdir.[5] DiC ingilis versiyasında Naz Eduards və Cil Frappier personajı səsləndirmişdir. Viz Media ingilis versiyasında isə bu vəzifəni Sindi Robinson daşımışdır.

Musiqili tamaşalarda Kraliça Beril rolunu iki aktrisa oynamışdır: Yuri Nişina və Akiko Miyazava (daha əvvəl Seylor Veneranı oynamışdı). "Gözəl Qoruyucu Seylor Mun" teleserialında isə Aya Suqimoto personajı canlandırmışdır.

Mənfi personaj olduğu üçün Kraliça Berilin gəlinciklərinin hazırlanması "radikal ideya" hesab olunmuşdu.[6]

Kraliça Metariya

Kraliça Metariya (クイン・メタリア, Kuin Metaria) — Qaranlıq Krallığın qurucusu və ilk arkın xaos personajı. Kraliça Metariyanın bədəni yoxdur, tamamilə enerjidən ibarətdir. Yapon mifologiyasındakı şeytan tanrısı Amatsu-Mikaboşiyə bənzəyir. O, Günəşdə baş vermiş radioaktivlik nəticəsində yaranmış/doğulmuşdur, Qaranlıq Krallığın arxasında o durur. Digər bütün ark-düşmənləri kimi Kraliça Metariya da sonuncu ark-düşməni Xaosun təcəssümüdür. Animenin ilk ingilis versiyasında adı "Metaliya" kimi təqdim olunmuşdur. Lakin bu, tamamilə tərcümə səhvi idi. Manqanın ingilis və yapon təkrar nəşrlərində "Metariya" adından istifadə olunmuşdur.[7][8] Bu söz "Metal" sözünün bir az dəyişdirilməsi ilə ortaya çıxmışdı.

Seriya başlamazdan qabaq Şahzadə EndimionŞahzadə Sereniti evlənərkən Kraliça Metariya Yer insanlarının Ay Krallığına hücum etməsinə məcbur edir. Beril isə Şahzadə Endimiona olan hislərinə görə Kraliça Metariyanın qurbanı olur. Müharibədən sonra Kraliça Metariya şimal qütbündə möhürlənir və uzun müddət canlana bilmir. XX əsrdə Kraliça Metariya Berili yenidən dirildir və yenidən azad olmaq üçün Kraliça Berilə Gümüş Kristalı tapmaq tapşırığını verir. Endimionun reinkarnasiya olmuş şəkli yaxalandıqdan sonra Kraliça Metariya onun bədəninə daxil olur və Berili ölümə tərk edir. Seylor Mun Endimionu öldürməyə məcbur olanda Metariya onun bədənindən çıxır və məkrli işlərinə davam edir. Nəhayət, Kraliça Metariya Seylor Mun tərəfindən məhv edilir.

Anime adaptasiyasında Kraliça Metariya eynidir, lakin bir neçə istisna vardır. DiC ingilis adaptasiyasında onun adı Neqafors kimi təqdim olunmuşdur və Neqaverse dünyasında yaşayanlar üçün tanrı/şeytana oxşar varlıqdır. Onun həmişə Berildən razı qaldığı görünür. Amma bundan fərqli olaraq o Berilin əsas məsləhətçisidir və Berilin planlarına nəzarət edir. Beril Metariyaya qarşı daha çox hiyləgərdir.

İlk anime serialında Kraliça Metariya Noriko Uemura tərəfindən, ikinci animedə isə Yoko Matsuoka tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında onu Mariya Vakratsis, Viz Media ingilis adaptasiyasında onu Meri Elizabet Makqlinn səsləndirmişdir. "Gözəl Qoruyucu Seylor Mun" Kraliça Metariya rolunu Miyuu Savai oynamışdır.

Sitenno

Sitenno (四天王, Shiten'ō, azərb. Dörd səmavi kral) (DiC ingilis versiyasında Neqakomandirlər) — Kraliça Berilin əmri altında fəaliyyət göstərən dörd komandir. Bu komandirlər Cedayt, Nefrit, Zoysayt və Kunsaytdır. Onlar seriyanın bütün versiyalarında (anime, manqa, myuzikl və teleserial) Qaranlıq Krallığın əsas simaları kimi göstərilir. Qrupun orijinal adı "Dörd səmavi kral"dır və bu ad Buddist mifologiyasından gəlir. Hər komandirin uniformasında epolet var və bu, onların dərəcələrini göstərir.

Seriya başlamazdan qabaq Sitenno Yer Krallığında Şahzadə Endimionun xismətçiləri kimi xidmət verirdilər. Onlar Gümüş Minillik dövründə yoldan çıxırlar və ruhlarını Qaranlıq Krallığa satırlar, Kraliça Berilin xidmətçiləri olurlar. XX əsrdə reinkarnasiya olduqdan sonra yenə ona tabe olurlar və hər əmrini yerinə yetirirlər, lakin əsl ustalarını axtarmaq hissini saxlayırlar. İlk mövsümdən sonra Taksedo Maska ruh-xidmətçilər kimi xidmət verirlər.

Birinci animedə Sitennonun tamamilə Kraliça Berilə tabe olduğu və Mamoru ilə əlaqəsi olmadığı göstərilir. Onlar öldükdən sonra sadəcə retrospektiv kadrlarda peyda olublar. DiC ingilis adaptasiyasında Sitenno Neqaversedə insanabənzər varlıqlar kimi qulluq verirlər.[9] DiC ingilis versiyasında həm də Zoysaytın cinsiyyəti kişidən qadına dəyişdirilmişdi.

İkinci animedə — "Sailor Moon Crystal"da (ingilis versiyasında bu dəfə "Four Kings of Heaven" yox, "Four Heavenly Kings" adından istifadə olunmuşdur) birinci animedən fərqli olaraq Sitenno birlikdə ölür. Onlar hətta öz keçmişlərini xatırlayırlar, lakin yenə Kraliça Beril tərəfindən yaddaşları silinir. Sitenno Seylor döyüşçülərini məhv etmək istəyəndə Seylor Venera onlara Gümüş Minillik dövründə onların Seylor döyüşçülərinə vurulduqlarını söyləyir. Yaddaşları yerinə gəldikdən sonra Sitenno keçmişlərini xatırlayır, lakin o saat Kraliça Metariya tərəfindən öldürülürlər. Onlar öldükdən sonra qiymətli daşlara çevrilirlər və Mamoruya bu yolla dəstək verməyə davam edirlər.

Sitenno bir neçə teatr tamaşasında da peyda olmuşdur. Onların çoxunda Seylor döyüşçüləri ilə birlikdə yer almışdırlar.[10] Sonuncu arkın myuzikl adaptasiyasında Seylor Qalaksiya onları dirçəldir və onlar Seylor Qalaksiyaya xidmət verməyə başlayırlar, amma bir neçə versiyada Sitenno Seylor Qalaksiyaya xəyanət edir.[11] "Kakyuu-Ouhi Kourin" adlı teatr tamaşasında özünü Yeni Sitenno adlandıran qrup peyda olmuşdur. Yeni Sitennonun üzvləri Kunsayt, Hematit, Hiddenit və Kalunitdir. Ad dəyişdirmənin heç bir izahı verilməsə də, Hematit, Hiddenit və Kalunit uyğun olaraq Zoysayt, Nefrit və Cedayta bənzəyir. "La Reconquista" adlı teatr tamaşasında Sitenno özünü Pandemik 4 kimi pərdələyir. Bu qrup Kunza, Ced, Nefra və Zoydan ibarətdir. Qrup "Pandemic Love" adlı videooyununda peyda olur və bu videooyunun köməyi ilə Beril üçün enerji toplayırlar. Pandemik 4 qrupu üçün bir mahnı — Erosion Boy (イロージョンボーイ, Irōjon Bōi) mahnısı bəstələnmişdir.

"Sailor Moon: Another Story" videooyununda Sitenno Seylor döyüşçülərinə qiymətli daşları tapmağa kömək edən ruhlardır.

Cedayt

Cedayt (ジェダイト, Jedaito) və ya Cadeit — ilk peyda olmuş Sitenno üzvü. "Materials Collection" əsərində Naoko Takeuçi onu 18 yaşında təsvir etmişdir.[12] Bu, onu ikinci ən gənc Sitenno etsə də, teleserialda ən gənc Sitenno üzvü kimi göstərilmişdir. Cedayt Qaranlıq Krallığın Uzaq Şərq diviziyasının lideridir[13] və adını cadeit mineralından almışdır.

Manqada Cedaytın ilk missiyası Gümüş Kristalı tapmaq olsa da, daha sonra bu missiyası Kraliça Metariya üçün enerji toplamaq missiyası ilə əvəzlənir. Cedayt Sitennonun digər üzvləri çox az əlaqə saxlayır, sadəcə bir dəfə Nefritlə birlikdə görünür və Nefrit ona lağ edir (missiyasında daim uğursuz olduğuna görə). Cedaytın Seylor Marsa xüsusi diqqəti var və Seylor Marsın Akuryo Taisan hücumu ilə ölən ilk şəxs olmuşdur. Cedaytın ölümündən sonra Nefrit Cedaytın skeletini şüşə tabuta qoyur və qisas alacağına and içir. "Kasablanka xatirələri" adlı yan hekayədə Zoysayt özü Nefritdən qisas almağa çalışır. Cedayt digər Sitenno üzvlərinə nisbətən Qızıl Krallığı və cadeit daşına çevrilməzdən qabaq Şahzadə Endimiona xidmət verdiyini daha tez yadına sala bilmişdir. Cadeit parçası Mamoru tərəfindən saxlanılır və Mamoru Sitennodan məsləhət almaq üçün ondan istifadə edir.

İlk animedə Cedaytın əsas vəzifəsi enerji yığmaqdır. Cedayt qadınlara qarşı mizoqonistik rəftar bəsləyir. Çoxsaylı uğursuz cəhdlərdən sonra Kraliça Beril onu dondurur və onu Nefrit ilə əvəzləyir. Teleserialda Cedayt tamamilə Kraliça Berilə yaltaqdır, Berilin ən sevimli qulluqçusudur, onu enerji dalınca göndərir. Serialın əvvəllərində döyüşlərin birində yaralandığına görə Cedayt kristal formasına qayıdır, amma Metariya onu dirildir. Teleserialın finalına qədər Cedayt Berilə sadiq qalır, Endimionu öz əsl ustası kimi qəbul etmir.

İkinci anime — "Sailor Moon Crystal"da Cedayt Seylor Marsa qarşı döyüşdən sağ çıxır, amma Beril onu Nefrit ilə əvəzləyir. Keçmiş həyatında Cedayt Seylor Marsa aşiqdir. Anime serialının 12-ci seriyasında digər Sitenno üzvləri ilə birlikdə Kraliça Metariya tərəfindən öldürülür və daş formasında Mamoruya xidmət verməyə davam edir.

"Seylor Mun" personajlarının məşhurluğunu müəyyən edən ilk sorğuda 38 personaj içindən 20-ci yerdə göstərilmişdir.[14]

Orijinal yapon versiyasında personajı Masaya Onosaka, "Sailor Moon Crystal"da isə Daysuke Kişio səsləndirmişdir.[5] DiC ingilis versiyasında personajın adı Cedit qoyulmuş və Toni Daniel tərəfindən səsləndirilmişdir. Viz Media ingilis versiyasında personajı səsləndirmək işi ilə Todd Haberkorn məşğul olmuşdur. "Gözəl Qoruyucu Seylor Mun" teleserialında Cedaytı Cun Masuo, myuzikllarda isə Susumu Futabaşi və Yuhka Asami canlandırmışdırlar.

Nefrit

Nefrit (ネフライト, Nefuraito) — ikinci peyda olmuş Sitenno üzvü. Naoko Takeuçi onu kobud və emosional təsvir etmişdir. Hətta konseptində qeyd etmişdi ki, hər an özünü öldürə bilər. İkinci ən böyük Sitenno üzvüdür, 19 yaşı var.[12] Qaranlıq Krallığın Şimali Amerika diviziyasına başçılıq edir.[15] Adını yəşim (nefrit) mineralından almışdır.

Nefritin əsas məqsədi Gümüş Kristalı tapmaqdır. Amma bundan daha əvvəl Cedaytın ölümünün qisasını alacağına and içmişdir. Nefrit qurbanlarına hücum etmək üçün qadın "kölgə"sindən istifadə edir. Bundan başqa insanların enerjilərini oğurlayır. Seylor Yupiter onu Yupiter İldırım Vurması hücumu ilə öldürür. Nefrit adını aldığı daşa çevrilməzdən əvvəl Qızıl Krallığı və Qızıl Krallıqda Şahzadə Endimiona xidmət verdiyini tez xatırlamışdır. Yəşim parçası Mamoru tərəfindən saxlanılır və Mamoru ondan Sitennodan məsləhət almaq məqsədi ilə istifadə edir.

Birinci animedə Kraliça Beril Cedaytı dondurduqdan sonra enerji yığmaq işini Nefritə tapşırır. Nefrit fərz edir ki, Cedaytın etdiyi kimi çox insandan deyil, sadəcə bir insan üzərində konsentrasiya olduqda daha çox enerji yığmaq olar. Nefrit Kraliça Berilə Cedaytın uğursuz olmasının səbəbini belə izah edirdi. Nefrit tərk edilmiş bir kilsəyə yerləşir, kilsədə enerji potensialına malik şəxsləri tapmaq üçün ulduzlarla intonasiya ilə əlaqəyə girir. Daha sonra youmalarından birinin şəxsin bir əşyasına yerləşdirir. Nefrit həmişə özünü sağlam biznesmen kimi tanıtdırır. Missiyalarının birində Nefritin diqqəti Usaqinin ən yaxşı və yaxın dostu Naru Osakaya yönəlir, amma Naru onun missiyasına maneçilik törədir. Nefrit Taksedo Maskın zəif tərəfinin Seylor Mun olduğunu öyrənəndə Beril Nefritə Seylor Munu öldürməyi əmr edir. Amma bu məqsədinə çata bilmir, Narudan Beril üçün bir az enerji çəkir. Nefrit Gümüş Kristalı tapmaq üçün Qara Kristalı yaradır, amma Qara Kristal Narunun ona olan sevgisinə reaksiya verir. Sonda, Nefrit Narunun sevgisinə cavab verir və onu Zoysaytdan qorumağa çalışır, amma bunu həyatı ilə ödəyir. Müəllif Patrik Drazen DiC ingilis versiyasında Nefrit üçün tətbiq olunmuş ad dəyişikliyini "gülünc" adlandırmışdır. O, həmçinin demişdir ki, Nefritin Narunun qollarında ölməsi tamaşaçılar üçün gözlənilməz idi.[16]

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Nefrit Cedaytın əsas rəqibidir. Belə ki, Nefrit və Cedayt Kraliça Berilin gözünə girməyə çalışırlar. Amma Kraliça Beril Nefriti yararsız sayır. Onun xarici görünüşü əsaslı surətdə dəyişdirilmişdir. O, kobud və əsəbi təsvir olunmuşdur. Tez-tez Seylor döyüşçüləri tərəfindən alçaldılır və digər Sitenno üzvləri tərəfindən lağa qoyulur. Həmişə Kraliça Berilin könlünü qazanmağa çalışır, amma Beril sonda onu öldürür. O, daha sonra normal insan kimi Tokioda yenidən doğulur. Amma xatirələri toxunulmamış qalır, karaoke salonunda işə düzəlir, Ami Mizuno ilə dost olur. Ami Mizuno Qaranlıq Merkuriyə çevriləndə ona rəhm edir. Serialın sonlarında Şahzadə Endimionun cangüdənlərindən biri kimi digər Sitenno üzvləri ilə birləşir.

"Sailor Moon Crystal" animesində Nefrit Kraliça Berildən xahiş edir ki, Cedaytı onunla əvəzləsin. Daha sonra Nefrit digər Sitenno üzvləri birləşib birlikdə Seylor döyüşçülərinə döyüşməyə başlayırlar. Növbəti seriyada gəlinə oxşar youmanın köməyi ilə Əfsanəvi Gümüş Kristalı tapmağa çalışır. Amma Seylor Yupiter ona hücum edir və məğlub olub qaçmağa məcbur olur. Keçmiş həyatında Seylor Yupiterə vurulmuşdu. Nefrit daha sonra Kraliça Metariya tərəfindən öldürülür.

Birinci animedə Nefrit Katsudzi Mori tərəfindən, "Sailor Moon Crystal" animesində Kosuke Toriumi tərəfindən səsləndirilmişdir.[5] DiC ingilis adaptasiyasında personajın adı Neflit qoyulmuşdur.[17] DiC ingilis adaptasiyasında onu Kevin Lun, Viz Media ingilis adaptasiyasında isə Liam O'Brin səsləndirmişdir. Teleserialda Nefrit rolunu Hiroyuki Matsumoto, teatr tamaşalarında Toşikazu Seyke və Şuusuke Yoda ifa etmişdirlər.

Nefrit 1993-cü ilin mayında keçirilmiş Animage sorğusunda 17-ci ən sevilən kişi personaj seçilmişdir.[18]

Zoysayt

Zoysayt (ゾイサイト, Zoisaito) və ya Zoisit — üçüncü Sitenno üzvü. Dördünün arasında Zoysaytın şəxsiyyəti hekayənin müxtəlif versiyalarında ən çox dəyişikliyə uğramışıdır. O, ən gənc Sitenno üzvüdür, 16-17 yaşlarındadır, Naoko Takeuçi onu qadınxasiyyət və gənc təsvir etmişdir.[12] Zoysayt Qaranlıq Krallığın Avropa Diviziyasına başçılıq edir və adını zoisit mineralından almışdır.[19]

Zoysayt ilk öncə Cedaytın ölümündən sonra Nefriti lağa qoyarkən peyda olur, amma Nefrit öləndə əzab içərisində qışqırır. Zoysayt əsasən Kunsayt ilə birlikdə işləyir, narahatçılıqlarını və strategiyalarını onunla bölüşür. Gümüş Kristalın axtarışında Zoysayt Tokio əhalisini axtarışda kömək etməyə məcbur etmək üçün televiziya və mətbuatdan istifadə edir, amma onlar uğur qazanmayınca enerjilərini oğurlamağa çalışır. Zoysayt Seylor döyüşçülərini məğlub etməyə çox yaxın olsa da, Seylor Veneranın Aypara bumeranqı ilə öldürülür. O, "Qaranlıq Krallıq" arkının sonlarına yaxın adını aldığı daşa çevrilməzdən qabaq Qızıl Krallığı və Qızıl Krallıqda Şahzadə Endimiona qulluq etdiyini xatırlaya bilir. Zoisit parçası Mamoru tərəfindən saxlanılır və Mamoru ondan Sitennodan məsləhət almaq üçün istifadə edir.

Birinci animedə Zoysayt kişi olmasına baxmayaraq Kunsaytın sevgilisidir. O, Nefrit ilə birlikdə tanıtdırılmışdır. Zoysayt həmişə Nefriti ələ salır. Sonda, Nefrit Bitki bacılara Narunu oğurlamağı və Nefriti öldürməyi əmr edir. Kraliça Metariyanın oyanışından sonra Kraliça Beril Zoysayta Göy qurşağı kristallarını tapmaq əmrini verir. Zoysayt sələfindən daha uğurlu olur, Göy qurşağı kristallarının 7 sahibini də tapır. Mamoru Usaqini Zoysaytın hücumu zamanı ölümdən xilas edir. Hər ikisi daha sonra Şahzadə EndimionŞahzadə Sereniti olduqlarını xatırlayırlar. Beril Şahzadə Endimionu öldürməyi qadağan etsə də, Zoysayt onu yaralayır. Buna görə də Beril Zoysaytı öldürür, Zoysayt Kunsaytın qollarında can verir.

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Zoysayt pianoçudur, gizlənmiş Ay şahzadəsini tapmaq üçün sehirli mahnılar ifa edir, "Fantaisie-Impromptu""Ay işığı" kimi əsərləri çalır. Zoysayt Kraliça Berilə çox da sadiq deyil, digər Sitenno üzvlərinə nisbətən Şahzadə Endimionun onun ustası olduğu ilə daha tez razılaşır. Seylor Venera onu öldürdükdən sonra Kraliça Metariyanın gücü sayəsində yenidən dirilir. Kraliça Berilə etinasızlıq göstərir, musiqilərindən Şahzadə Endimiona çatmaq və digər Sitenno üzvlərinin yaddaşlarını geri qaytarmaq üçün istifadə etməyə başlayır. Endimona sədaqətlidir, onun uğrunda ölməyə də hazırdır. Zoysayt döyüşlərin birində Seylor Munu qorumağa çalışarkən ölür.

"Sailor Moon Crystal"da Zoysayt Cedaytı əvəzləyir, amma Seylor Mun onu Ayın Sağaldıcı Eskalasiyası hücumu ilə yaralayır. Lakin Kraliça Berilin köməyi ilə o, yenidən sağalır. Zoysayt MamoruUsaqini öldürməyə cəhd edir, amma ArtemisSeylor Veneranın müdaxiləsi ilə qaçmağa məcbur olur. Keçmiş həyatında Zoysayt Seylor Merkuriyə vurulmuşdur. Serialın 12-ci seriyasında Zoysayt digər Sitenno üzvləri ilə birlikdə Kraliça Metariya tərəfindən öldürülür.

Birinci animedə Zoysayt Keiti Namba tərəfindən, "Sailor Moon Crystal" animesində Masaya Matsukaze tərəfindən səsləndirilmişdir.[5] DiC və Viz Media ingilis adaptasiyasında personajın adı Zoysit (DiC adaptasiyasında Zoycite, Viz Media adaptasiyasında Zoicite) qoyulmuşdur. DiC versiyasında onun cinsiyyəti qadın olaraq müəyyənləşdirilmişdir. DiC ingilis adaptasiyasında onu Kristen Bişop, Viz Media ingilis adaptasiyasında isə Lusien Doc səsləndirmişdir. Teleserialda Zoysayt rolunu Yoşito Endo, teatr tamaşalarında Akira Tomemori və Kaname Aoki ifa etmişdirlər.

Zoysayt 1993-cü ilin mayında keçirilmiş Animage sorğusunda 10-cu ən sevilən kişi anime personajı seçilmişdir.[18]

Kunsayt

Kunsayt (クンツァイト, Kuntsaito) və ya Kunsit — dördüncü və sonuncu Sitenno üzvü. Kunsayt Sitennonun ən yüksək dərəcəli və ən güclü üzvüdür. O, özü ilə qısa qılınc gəzdirir. Naoko Takeuçi onu Ərəbistan kralı əzəmətində dördünün arasında ən böyük kimi təsvir etmişdir. Onun 25-26 yaşı var,[12] Qaranlıq Krallığın Orta Şərq Diviziyasına başçılıq edir[20] və adını spodumen (kunsit) mineralından almışdır. Həmkarlarından fərqli olaraq Kunsayt plaş da geyinir və mundiri qismən açıqdır.

Seriya başlamazdan qabaq Kunsayt Yerdə Şahzadə Endimionun qulluqçusu kimi xidmət verirdi. Kunsayt daha sonra Kraliça Beril tərəfindən dirildilir. Kunsayt ilk öncə Zoysaytın məsləhətçisi kimi təqdim olunmuşdur. Digər Sitenno üzvlərinin ölümündən sonra Kunsayt Kraliça Berilin ən yaxın silahdaşıyanı olur. O, Tokio qülləsində Seylor döyüşçülərini məğlub edir, Usaqini öldürməyə yaxın olur, amma Mamoru yaralanmaq bahasına onu xilas edir. Bundan sonra UsaqiMamoru Şahzadə SerenitiŞahzadə Endimion olduqlarını öyrənirlər. Şahzadə Endimionun onun əsl ustası olduğunu öyrəndikdən sonra Kunsayt Kraliça Berilə sadiq qalmaqda tərəddüd edir, buna görə də Kraliça Beril onun alnına kristal yerləşdirməyə məcbur olur. Kunsayt gücünü digər Seylor döyüşçüləri ilə birləşdirir, Mamoruya Kraliça Metariyanın zəif tərəfini deyir. Mamoru özü ilə birlikdə spodumen parçası gəzdirir və ondan Sitennodan məsləhət almaq üçün istifadə edir.

Birinci animedə Kunsayt ilə Zoysayt həm sevgili, həm də müttəfiqdirlər. Kraliça Metariyanın ayılmasından sonra Kunsayt Zoysayta Göy qurşağı kristallarını tapmaqda kömək edir. Zoysayt Göy qurşağı kristallarını itirdikdən və Şahzadə Endimiona zərər verdikdən sonra Beril onu ölümcül yaralayır və o, Kunsaytın qollarında can verir. Qaranlıq Krallıq Şahzadə Endimionu ələ keçirdikdən sonra onun zehnini ələ keçirir və Şahzadə Endimion Qaranlıq Krallıq uğrunda döyüşməyə başlayır, lakin Kunsaytın ondan xoşu gəlmir. Kunsayt Zoysaytın ölümünə görə üzərində məsuliyyət hiss edir, Kraliça Berilin ən yaxın silahdaşı olmaq istəyir. Zoysaytın ölümündən sonra qisas almaq istəyən Kunsayt Seylor döyüşçülərini öldürmək istəyir, buna görə də tez-tez insanları bədheybətə çevirir. Sonda o, Seylor Mundan başqa bütün Seylor döyüşçülərini yaxalayır, amma Seylor Mun onu öldürür.

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Kunsayt amneziyadan əziyyət çəkən Şin adlı şəxs kimi peyda olur, Usaqi ona kömək etmək istəyir. Kraliça Beril onun yaddaşını qaytarır, onu güclü və qəddar döyüşçüyə çevirir. O, Kraliça Metariyanın yenidən oyanması üçün can yandırır. Kunsayt Berilə qarşı etinasızdır, bəzən etinasızlıq edir. O, Berillə bölüşdükləri məqsədə doğru birlikdə işləyir. Kunsayt Seylor Merkurini Qaranlıq Merkuriyə çevirir. Kunsayt keçmiş həyatında Şahzadə Endimionun qulluqçusu olduğunu tez xatırlayır, amma Şahzadə Endimiona nifrət edir. Çünki düşünür ki, keçmiş dövrdə Şahzadə Endimion Sitennonu ölümə tərk etmişdir. Lakin buna baxmayaraq Kunsayt həyatı bahasına da olsa, Şahzadə Endimionu Cedaytın hücumundan xilas edir və ona olan bağlılığını nümayiş etdirir.

"Sailor Moon Crystal" animesində Kunsayt Cedaytın uğursuzluqlarından sonra çağırılır. Daha sonra Tokio qülləsinin işıqlarını kəsərək Seylor Veneranı üzərinə çəkir. Kunsayt döyüşdən qaçmağa məcbur olur və Mamorunu da özü ilə aparır. Keçmiş həyatında Kunsayt Seylor Veneraya vurulmuşdur. 12-ci seriayada Kunsayt digər Sitenno üzvləri ilə birlikdə Kraliça Metariya tərəfindən öldürülür.

Birinci animedə Kunsayt Kazuyuki Soqabe tərəfindən, "Sailor Moon Crystal" animesində Eidzi Takemoto tərəfindən səsləndirilmişdir.[5] DiC adaptasiyasında personajın adı Malaxit qoyulmuşdur. DiC ingilis adaptasiyasında onu Denis Akiyama və Con Stoker, Viz Media ingilis adaptasiyasında isə Patrik Seytz səsləndirmişdir. Teleserialda Zoysayt rolunu Akira Kubodera, teatr tamaşalarında Yuuta Moçizuki, Ryudzi Kasahara, Hideka Asano və Miki Kavasaki ifa etmişdirlər.

Digərləri

Endo

Həm animedə, həm manqada Kraliça Beril Mamoru Çibanın Şahzadə Endimionun reinkarnasiyası olduğunu öyrənir, sehrin köməyi ilə zehnini yuyaraq bir müddət Qaranlıq Krallığa xidmət verməsinə şərait yarada bilir. Bu halı ilə manqada Mamoru Çiba Endo adı ilə tanınır. Seylor Mun Kraliça Beril ilə son döyüşündə bu tilsimi qıra bilmişdir.

Qaranlıq Merkuri

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Kunsayt Seylor döyüşçülərindən birini Qaranlıq Krallığın tərəfinə çəkmək üçün eksprement keçirməyə çalışır. 20-ci seriyada Kunsayt həmin dövrdə komandanın ən tənha və zəif üzvü olan Ami Mizunonu ələ keçirir və onun bədəninə Kraliça Metariyanın gücünü daxil edir. Nəticədə, Ami Mizuno Seylor Merkuridən Qaranlıq Merkuriyə çevrilir və Qaranlıq Krallıq üçün döyüşməyə başlayır. Uniformasına qara motiv əlavə olunur. Qara güclərdən və sırsıra qılıncından isifadə edir. Kunsayt onu özü ilə yaxın saxlayır, Usaqinin onu sağaltmasına mane olur. Ami Qaranlıq Merkuri formasında müttəfiqləri kimi lovğadır, amma Nefritə qarşı bir az nəvaziş göstərir. Kraliça Beril eksprementi maraqlı tapır, amma ona tam güvənmir. Sonda Qaranlıq Merkuri Seylor Munu öldürməyə çox yaxın olur, amma qarşısındakının dost olduğunu anlaması onu yenidən Seylor Merkuriyə çevirir.

Mio Kuroki

Mio Kuroki (黒木ミオ, Kuroki Mio)"Gözəl Qoruyucu Seylor Mun" teleserialında peyda olmuş kiçik düşmən. Xarici mühitdə Mio müğənnidir. O, Minako Aynonun "C'est la Vie" mahnısına qarşılıq olaraq yazdığı "Change of Pace" mahnısı ilə tanınır. Minako kimi Mio da yaxşı voleybol oynayır, Usaqinin dostu olmaq istəyir. Əslində isə göründüyündən fərqli olaraq alçaqdır. Mio Kraliça Berilin "kölgə"si olmuşdur, o və Cedayt tərəfindən 25-28 seriyalar arasında yaradılmışdır. Mionun həyatda əsas hədəfləri Kraliça Berilin insanlar dünyasında qulaq və gözləri olmaq, Mamoru Çibanı Berilə vermək, Seylor döyüşçüləri, xüsusilə Usaqi çətin vəziyyətlərə salmaqdır.

Teleserialda Mio Kuroki rolunu Alisa Durbrov oynamışdır.

Qaranlıq Agentlik

"Codename: Sailor V" manqasında Seylor Vi Qaranlıq Agentlik adlı bir düşmən qrupu ilə döyüşür. Qaranlıq Agentlik müğənniləri manipulyasiya edərək onları Qaranlıq Krallıq üçün enerji oğurlamağa məcbur edir. Manqanın son cildində Qaranlıq Agentliyin Qaranlıq Krallıq tərəfindən yaradıldığı məlum olur. Qaranlıq Agentliyin lideri Danburitdir, əsl şəxsiyyəti Kabus tuzdur. Minako Ayno qrupu məğlub edə bilir və Qaranlıq Agentlik ləğv olunur. Qaranlıq Agentlik "Seylor Mun" manqasında heç vaxt təsvir olunmamışdır.

Yomalar

Yomalar (妖魔, Yōma) — Qaranlıq Krallığın istifadə etdiyi bədheybətlər. İlk yomaların mənşəyi göstərilməsə də, Kunsayt öz yomalarını insanlardan yaradır. İkinci animedə Cedayt yomaları yerdən tilsimlə çıxarır. Yomaya çevrilmiş hər bir insan Seylor Munun Ayın Sağaldıcı Eskalasiyası hücumu vasitəsilə (hansı ki, insanın yoma hissəsini məhv edir) əvvəlki vəziyyətinə qaytarıla bilər.[21] Lakin seriyada bəzi yomalar Seylor Munun Ay Tacı Vuruşu texnikası ilə və ya nadir hallarda digər Seylor döyüşçülərinin müdaxiləsi ilə öldürüldüyü göstərilmişdir. DiC ingilis adaptasiyasında Neqaverse yomaları sadəcə "qulluqçu" deyə xitab edir, Taksedo Mask və Seylor döyüşçüləri isə onları ya "bədheybət", ya da "Neqabədheybət" adlandırırlar. Kraliça Berilin taxt-tac otağında müxtəlif yomalar var.

Morqa

Morqa (モルガ, Moruga) — seriyada peyda olmuş ilk yoma və bədheybət. İlk dəfə Cedayt tərəfindən yaradılmış zombiyəbənzər humonoid varlıq kimi təqdim olunmuşdur. Morqa əvvəlcə özünü Naru Osakanın anası Mayumi kimi maskalayır, zərgərlik mağazasında insanlara zərgərlik məmulatlarını satmaqla onların enerjilərini çəkir. Naru ondan şübhələnəndə Morqa onu öldürməyə cəhd edir, amma Seylor Mun müdaxilə edir. Morqa insanları hipnoz edərək Seylor Munun üzərinə göndərir, amma Seylor Mun Ay Tacı Bumeranqı ilə öldürür. Beləliklə, Morqa Seylor Mun tərəfindən öldürülmüş ilk bədheybət olur.

Orijinal anime seriyasında Morqa Miçiko Abe, "Sailor Moon Crystal"da isə Sanae Kobayaşi tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında personajı Mariya Vakratsis, Viz Media ingilis adaptasiyasında Uendli Li səsləndirmişdir.

Əsas kölgə

Əsas kölgə Nefrit tərəfindən Şahzadə D-ni ələ keçirmək üçün yaradılmış yomadır. Əsas kölgə Şahzadə D-nin bədəninə daxil olur, onun bədənini ələ keçirir və Gümüş Kristal olduğu düşünülən xəzinəni oğurlamağa cəhd edir. Hətta Seylor Marsın hücumuna davam gətirir. O, döyüşməyi dayandıranda Seylor Mun Ay Alaqaranlıq İşığı hücumu ilə onu öldürür. Orijinal və ikinci animedə də Əsas kölgə Seylor Mun tərəfindən öldürülür.

Yeddi Böyük yoma

Yeddi Böyük yoma (最強妖魔七人衆, Saikyō Yōma Shichininshū) — ancaq orijinal animedə göstərilmiş və Qaranlıq Krallığın ən güclü 7 yomasından ibarət yoma qrupu. Zoysayt tərəfindən yenidən ayıldılana qədər yomalar Gümüş Kristalın parçaları kimi Göy qurşağı kristallarında möhürlənmiş, Kraliça Sereniti tərəfindən Yerə göndərilmiş və əsrlər sonra adi insanların bədənlərində reinkarnasiya olmuşdurlar. Buna görə də bu yomaların göründüyü hekayənin bu hissəsi "Göy qurşağı kristalları" arkı adlanır. Zoysayt onları bir-bir ayıldır və kristalları yığır, Usaqi isə yomaları Ayın Sağaldıcı Eskalasiyası hücumu ilə əvvəlki insan formasına qaytarır. Kraliça Beril daha sonra Endoya Yeddi Böyük yomanı birləşdirib vahid və güclü youma yaratmağı əmr edir. Endo 6 yomanı ələ keçirsə də, Reyin babasını ələ keçirə bilmir, Ami 6 yomanın saxlandığı kristalı qırır və Qaranlıq Krallığın bu planı suya düşür.

  • Qesen (ゲーセーン): Qırmızı kristalın sahibi. O, arkada oyunlarında usta olan Kreyn Co kimi yenidən doğulmuş kibernetik yomadır.[22] Qesen Zoysayt tərəfindən oyadılan ilk Yeddi Böyük yomadır. Animedə Masaaki Okura tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında adı Oyun maşını-adam qoyulmuşdur və onu Rino Romano səsləndirmişdir. Viz Media ingilis adaptasiyasında isə Qrant Corc tərəfindən səsləndirilmişdir.
  • Boksi (ボクシー, Bokushi): Narıncı kristalın sahibi. O, Naru Osakanın qəbiristanlıqda rastalaşdığı bir keşiş kimi yenidən doğulmuş boksçu yomadır.[23] Döyüşərkən özünü ABŞ boksçusu Məhəmməd Əliyə bənzətmişdir. Adını yapon dilində "keşiş" mənasını verən bokuşi"boks" mənasını verən bokuşinqu sözlərindən almışdır. Hideyuki Umezu tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında adı Leşyeyən Bobo qoyulmuşdur və Devid Huband tərəfindən səsləndirilmişdir. Viz Media ingilis adaptasiyasında onu Kil Hebert səsləndirmişdir.
  • Bumbo (ブンボー, Bumbō): Sarı kristalın sahibi. O, Ami Mizunonun dostu Ryo Urava kimi yenidən doğulmuş kərtənkələyəbənzər yomadır. Yoma ayılmasına baxmayaraq Urava onu kontrol etməyə çalışaraq Zoysayta hücum etmişdir.[24] Şiniçiro Ohta tərəfindən səsləndirilmişdir. DiC ingilis versiyasında onu Harvey Atkin, Viz Media ingilis versiyasında Vik Miqnoqna səsləndirmişdir.
  • Vina (ビーナ, Bīna): Yaşıl kristalın sahibi. O, yerli müğənni Yumeni Yumeno kimi yenidən doğulmuş mələyəbənzər yomadır. Hücumları incəsənət ilə bağlıdır.[25] Orijinal yapon animesində onu Yuriko Fuçizaki səsləndirmişdir. DiC ingilis adaptasiyasında Mariya Vakratsis, Viz Media ingilis adaptasiyasında Tara Sends tərəfindən səsləndirilmişdir.
  • Rikokeyda (リコケイダー): Göy kristalın sahibi. O, Motokinin sevgilisi Reyka Nuşimura kimi yenidən doğulan və qara bando geyinən yomadır.[26] Rika Fukami tərəfindən səsləndirilmişdir. DiC ingilis versiyasında adı dəyişdirilmiş və Texniklon edilmişdir. DiC versiyasında Kristen Bişop, Viz Media versiyasında Erika Mendes tərəfindən səsləndirilmişdir.
  • Cici (ジジ): İndiqo kristalın sahibi. O, Reyin babası kimi ayılmış oniyəbənzər yomadır.[27] Tomomiçi Nişimura tərəfindən səsləndirilmişdir. DiC ingilis versiyasında personajın adı Poks kimi keçmişdir. Harvi Atkin tərəfindən səsləndirilmişdir. Viz Media ingilis adaptasiyasında onu Maykl Soriç səsləndirmişdir.
  • Bakene (バケーネ): Bənövşəyi kristalın sahibi. O, Lunadan xoşlanan Eşikağası Rett adlı pişik kimi yenidən doğulan pişik yomasıdır.[28] Masahiro Anzai tərəfindən səsləndirilmişdir. DiC ingilis adaptasiyasında adı Herkules edilmişdir.

Di Di qızlar

Di Di qızlar (ディーディー・ガールズ, Dī Dī Gāruzu) — ancaq orijinal anime adaptasiyasının 45-ci seriyasında peyda olmuş yoma qrupu. 5 nəfər yüksək səviyyəli yomadan ibarətdir. Di Di qızlar uça bilə, bədənlərindən iti və möhkəm buynuz çıxara, elektrik buraxa, Seylor döyüşçülərinə sevdikləri insanların illüziyalarını (daha dəqiq ReyUsaqi üçün Taksedo Mask, Makoto üçün Motoki Furuhata, Ami üçün Urava) göstərə, alov püskürə bilərlər. İllüziyaların mənbəyi Di Di qızların liderinin alnındadır və Seylor Merkuri tərəfindən məhv edilmişdir.

Seylor döyüşçüləri Qaranlıq Krallığın şimal qütbündə yerləşən qərargahına yaxınlaşarkən Kraliça Beril Di Di qızları göndərir. Seylor döyüşçüləri öz həyatları bahasına da olsa, beşini də öldürə bilirlər. Lakin DiC ingilis versiyasında hekayə dəyişdirilmiş və Seylor döyüşçülərinin ancaq əsir alındığı göstərilmişdir.[3][29]

Anime serialında onları Naoko Nakamura və Asako Sato tərəfindən səsləndirmişdirlər. DiC ingilis versiyasında qrupun adı Ölüm və Kədər qızları edilmişdir və Trasi Hoyt, Meri Lonq, Trasi Mur, Barbara Radekki və Nadine Rabinovitç tərəfindən səsləndiriliblər.

İstinadlar

  1. Takeuchi, Naoko. Act 12 // Pretty Soldier Sailor Moon Volume 3. Kodansha. April 6, 1993. ISBN 4-06-178744-6.
  2. Takeuchi, Naoko. Act 7 // Bishoujo Senshi Sailor Moon Volume. Kodansha. September 6, 1992. ISBN 4-06-178731-4.
  3. Sailor Moon episode 045
  4. Sailor Moon Omake Making Of // Sailor Moon. 2 sezon. May 8, 1993. Toei.
  5. "Sailor Moon Crystal Cast Adds Misa Watabane, Daisuke Kisho, Kousuke Toriumi and More". Anime News Network. 2014-06-30. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  6. Klugman, Karen (1999) "A Bad Hair Day for G.I. Joe" in Beverly Lyon Clark, Margaret R. Higonnet ed. Girls, Boys, Books, Toys: Gender in Children's Literature and Culture page 173
  7. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon reprint 1st and 2nd edition, Vol. 3, Table of Contents;
  8. Takeuchi, Naoko. Pretty Guardian Sailor Moon Perfect Edition, Vol. 2, Table of Contents;
  9. Dubbed Episode 17, "An Animated Mess". Equivalent to original Episode 21.
  10. Sailor Moon Musical, 1997 Eien Densetsu, during Itsuwari no Forevermore
  11. Sailor Moon Musicals, 2003 Starlights - Ryuusei Densetsu, before Prince of Earth
  12. Takeuchi, Naoko. Materials Collection. Kodansha. October 1999. ISBN 4-06-324521-7.
  13. Takeuchi, Naoko. Act 2 // Pretty Soldier Sailor Moon Volume 1. Kodansha. July 6, 1992. ISBN 4-06-178721-7.
  14. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Volume 3. Kodansha. April 6, 1993. ISBN 4-06-178744-6.
  15. Takeuchi, Naoko. Act 3 // Pretty Soldier Sailor Moon Volume 1. Kodansha. July 6, 1992. ISBN 4-06-178721-7.
  16. Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 284. ISBN 1-880656-72-8. OCLC 50898281.
  17. Takeuchi, Naoko. Sailor Moon Scout Guide - Meet Sailor Moon: Crystal. Tokyopop Press. October 2000. ISBN 1-892213-32-X.
  18. "Arxivlənmiş surət". 2009-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
  19. Takeuchi, Naoko. Act 6 // Pretty Soldier Sailor Moon Volume. Kodansha. September 6, 1992. ISBN 4-06-178731-4.
  20. Takeuchi, Naoko. Act 8 // Pretty Soldier Sailor Moon Volume. Kodansha. September 6, 1992. ISBN 4-06-178731-4.
  21. "Bunny's Tour Through the Silver Millennium". 2007-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-18.
  22. Sailor Moon episode 025
  23. Sailor Moon episode 026
  24. Sailor Moon episode 027
  25. Sailor Moon episode 028
  26. Sailor Moon episode 029
  27. Sailor Moon episode 030
  28. Sailor Moon episode 031
  29. Dub episode 40

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.