Qaranlığın ordusu (film, 1992)
Qaranlığın ordusu (ing. Army of Darkness) – 1992-ci ildə "Qara Komediya" janrında çəkilən ABŞ filmidir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmin distribütori Universal Studios və Metro-Goldwyn-Mayer studiyalarıdır.
Qaranlığın ordusu | |
---|---|
ing. Army of Darkness | |
Janr | Qara komediya |
Əsas mövzu | Zamanda səyahət, Demon |
Rejissor | Sem Reymi |
Prodüserlər |
Robert Teypert Brüs Kempbell Dino De Laurentis |
Ssenari müəllifləri |
Sem Reymi Ayvan Reymi |
Baş rollarda |
Brüs Kempbell Embedt Devitz Bricit Fonda |
Operator | Bill Poul |
Bəstəkar | Cozef LoDuka |
Rəssamlar |
Entoni Tremble Aram Allan Ayda Ciron Mişel Pulik |
İstehsalçılar |
Dino De Laurentiis Communications Renaissance Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 9 oktyabr 1992 |
Müddət | 95 dəqiqə |
Büdcə | $13 milyon |
Gəlir | $21,502,796[1] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1992 |
Əvvəlki film | Qorxunc ölülər 2 |
Rəng | rəngli |
IMDb | ID0106308 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Əvvəlki filmlərdə İblisləri sərbəst buraxan "Ölülərin kitabı" (ing. Book of the Dead) mənasına gələn "Necronomicon ex Mortis" adlı kitabı tapan Eş Vilyams sehirli sözlər deyərək avtomobili ilə birlikdə zaman çuxuru tərəfindən 1318-ci ilə düşür. Eş 1318-ci ilə düşən zaman düşdüyü yerin insanları onu ingilis cəngavərləriylə döyüşən Skoç Dyuk Henrinin adamlarından biri sayaraq onu əsir götürür və aparırlar. Rahib onun səmadan gələn xilaskar sayaraq silahlarını saxlayır. Eş qalada öldürülməsi üçün İblisə bənzər bir varlığın yaşadığı çuxura atılır. Eş onunla mübarizə aparan zaman Rahib onun zəncirli mişarını verir. Həmin varlığın üzərində qələbə çalan Eş çuxurdan çıxır. "Boomstick" dediyi tüfəngini tapan Eş öz zamanına geri dönməsinə kömək etmələri üçün çuxur ətrafından toplaşan insanları qorxudur. Rahibə görə Eşi geri göndərməyin tək yolu "Necronomicon ex Mortis" kitabını tapıb gətirmək və bu zaman sehrli sözlər söyləməkdir. Bu müddətdə Eş Şeyla adlı xanıma aşiq olur.
Eş Vilyams "Necronomicon ex Mortis" kitabını tapmaq üçün yola çıxır. Bu zaman pərili meşədən keçər. Görünməyən varlıqlar isə Eşi izləməyə başlayır. İki ağacın arasından keçərkən ona siması görünməyən qəribə sifət baxır. Bu zaman varlıqlardan qaçan Eş yeldəyirmana tərəf sığınır. Lakin Eç burada səhvən bir ayna qırar. Bu zaman Eşin aynanın qırıq parçalarındakı əks olunmaları canlanır və onlar Eşə əziyyət verməyə başlayırlar. Onlardan biri Eşin mədəsini girir. Eş isə qaynar su içərək onu öldürməyə çalışır. Bir müddət sonra Eşin çiynindən kəllə çıxmağa başlayır. Eş təşvişə düşərək meşəyə qaçır. Meşədə isə pis Eş və yaxşı Eş olaraq iki hissəyə ayrılırlar. Eş pis Eşi sifətindən vuraraq onu zəncirli mişarıyla parçalara bölür və ardınca torpağa basdırır.
Eş kitabın saxlandığı yerə çatdığı zaman 1 kitab yerinə 3 kitab tapır. Əziyyətli sınaqlardan keçəndən sonra əsl kitabı tapır. Sehrli sözləri söyləməyə çalışan Eş, bu sözləri unutduğunu zənn edir. Zənn etdiyi doğru sözləri söyləyir, lakin bu sözlər doğru çıxmır. Əslində isə Eş həmin sözlər hesabına pis ruhları yenidən sərbəst buraxır. Eş kitabı bağlayır və qalaya qaçır. Bu vaxt pis Eş məzarından çıxır və "Qaranlığın Ordusu"nu hazırlayır.
Qalaya geri dönən Eş yaratdığı problemlərə baxmayaraq öz zamanına dönmək üçün israr edir. Amma Şeyla uçan bir iblis tərəfindən qaçırıldıqdan sonra "Qaranlığın ordusu" ilə döyüşmək üçün insanlara başçılıq etməyə qərar verir. İnsanlar istəmədən döyüşsələr də, Eşin tərəfindən iştirak edirlər. Eş müasir məlumatları, avtomobilinin baqajındaki kimya və mühəndislik kitabları, həmçinin, Dyuk Herrinqin köməyi ilə Qaranlığın ordusunu məğlubiyyətə uğradır və Şeylanı xilas edir. Bütün baş verən hadisələrdən sonra Eş gələcəyə dönmək istəyir. Lakin bu zaman Eş çox irəli gedir... Filmin sonunda Eş dükanda olarkən qorxunc ölülərdən biriylə üzləşir. Eş ona çox sayda atəş açaraq qəhrəmanlığını bir daha göstərir.
Rollarda
Ad | Rol | Qeydlər |
---|---|---|
Brüs Kempbell | Eş Vilyams | Baş qəhrəman |
Embedt Devitz | Şeyla | |
Bricit Fonda | Linda | |
Markus Qilbert | Lord Artur | |
Yen Eberkrombi | Ueysmen | |
Ted Reymi | Qorxaq döyüşçü | |
Dek Anderson | Mini-Eş #2 | |
Brüs Tomas | Mini-Eş #3 | |
Sara Şirer | Qoca qadın | |
Patrisiya Tellman | Küpəgirən qarının təsiri altındakı qadın | |
Ancela Fezerstoun | S-Mart-dakı qız | |
Sem Reymi | Cəngavərlərdən biri | titrdə göstərilməyib |
Coş Beker | Feyk Şemp | filmin üç hissəsində müxtəlif rollarda iştirak edib |
Bernard Rouz | Feyk Şemp | |
Ayvan Reymi | Feyk Şemp |
Maraqlı faktlar
- Film üç adla tanınır: "Qaranlığın ordusu", "Qorxunc ölülər 3: Qaranlığın ordusu" və "Brüs Kempbell Qaranlıq ordusuna qarşı".
- Filmin üç versiyası mövcuddur: 88 dəqiqə[2] (teatr versiyası), 80 dəqiqə (DVD versiya), 95 dəqiqə (orijinal versiya).
İstinadlar
- "Army of Darkness". The Numbers. Nash Information Services. October 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2012.
- "Army of Darkness (15)". British Board of Film Classification. 1992-12-18. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.