Qaranüy

QaranüyAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir.

Qaranüy
40°55′10″ şm. e. 46°04′45″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 206 m
Saat qurşağı
Qaranüy xəritədə
Qaranüy
Qaranüy

Tarixi

Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepnisalur). Qaranüy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir.

Coğrafiyası

Qaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir.

Təhsili

9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir.

Əhalisi

Əhalisi 870 nəfərdir.[mənbə göstərin]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.