Qaraməmmədli (Füzuli)
Qaraməmmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Qaraməmmədli | |
---|---|
39°37′40″ şm. e. 47°07′22″ ş. u. | |
Ölkə |
![]() |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Nəqliyyat kodu | 19 |
|
Tarixi
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]
Toponimikası
- Qaraməmmədli oyk., sadə.
- Ağsu r-nunun Ağsu şəhər i.ə.v.-də kənd. Şirvan düzündədir. Kənd qaraməmmədli nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanmışdır;
- Füzuli r-nunun Yağlıvənd i.ə.v.-də kənd. Köndələnçayın (Arazın qolu) sahilində, dağlıq ərazidədir. Kəndi qaraməmmədli nəslindən olan ailələr saldığı üçün belə adlanmışdır;
- Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini təqr. XVIII əsrin axırlarında Ağköynək kəndindən (Qazax r-nu) gəlmiş Qara Məmməd adlı bir şəxs saldığı üçün belə adlanmışdır. Hazırda kənddə qaraməmmədli adlı nəsil də yaşayır. Qızıltorpaq adlı ərazidə salındığına görə, kəndə bəzən Qızıl- torpaq da deyilir;
- Yevlax r-nunun eyniadlı i.ə.v.-də kənd. İncəçayın sağ sahilindən 3 km aralı, Yuxarı Qarabağ kanalının sağ sahilində, Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə burada məskunlaşmış qaraməmmədli nəslinin adını daşıyır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine. report.az (azərb.). 9 noktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.