Qarakollu
Qarakollu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qarakollu | |
---|---|
39°29′13″ şm. e. 47°07′09″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi var. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, mədəniyyət evi və s. var. Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də daxil olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində Qarakollu kəndinin adı "Qaraküllü" kimi yazılmışdır. Yaşayış məntəqəsinin adı bəzi mənbələrdə "Qarakəlli" kimi qeyd olunur. Oykonimin tərkibindəki "qara" sözünün müxtəlif məna çalarları (böyük, geniş, uca, ağır, qoçaq, əzəmətli, qüdrətli, hündür, nəhəng, qaranlıq, güclü, başçı və s.) var. Güman etmək olar ki, Qarakollu adındakı kol komponenti tayfa adı ilə bağlıdır. Qarabağ xanı İbrahimxəlil xan Sarıcallı-Cavanşir bu kəndi qardaşı Talıbxan ağaya vermiş, o öldükdən sonra (1797-ci il) kənd onun övladlarına qalmışdır.
Toponimikası
Qozluçayın (Arazın qolu) sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, kəndin adı qara (burada "çoxlu" mənasında) va kol (kolluq) sözlərindən ibarət olub, "kolluq, kol-koslu yerdə salınmış kənd" mənasındadır. Məlumdur ki, Araz çayının yuxarı axarında adlarından biri Qarasudur. Arazın sağ qollarından biri də Qarasu adlanır. Qozluçay da Arazın qollarından biridir. Güman etmək olar ki, kənd Qozluçayın sahilində yerləşdiyindən Qaraqolu/Qaraqollu adlandırılmışdır.[1]
Əhalisi
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəaliyyət göstərmiş kənd sakinləri:
- Mehdi Mehdiyev (dövlət xadimi)
- Xurşud Məmmədov
- Heydər Heydərov
- Məmməd Məmmədov
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Şərq-qərb Bakı. 2007. səh. 427.