Qarakazımlı
Qarakazımlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Qarakazımlı | |
---|---|
39°18′27″ şm. e. 48°16′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 162 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 831 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 1520 |
|
Toponimikası
Qarakazımlı oyk. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Ceyrankeçməz çayının (Bolqarçayın qolu) sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Qara Kazım adlı bir şəxsin öz nəsli ilə birlikdə burada məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı "Qara Kazımın nəsli” mənasını bildirir.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 831 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.