Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar.
Bu məqalə Qaragözlülər məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur.
Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir.
Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi.
Mənbə
- Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Xarici keçidlər
- Qaragözlü Arxivləşdirilib 2009-04-18 at the Wayback Machine