Qaragöz qızılquş

Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]

Qaragöz qızılquş
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Yarımfəsilə:
Növ:
Qaragöz qızılquş
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175654
NCBI  344233
FW  369307

Təsviri

Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür.

Yayılması

Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib. Buraya nəsil vermək üçün gəlir. Apreldə-mayın əvvəlində gəlir, oktyabrda köçüb gedir.

Yaşayış yeri və həyat tərzi

Meşədə və hündür ağac olan köhnə meyvə bağlarında yaşayır. Sıx meşəni xoşlamır. Kürqırağı tuqay meşələri və düzənlik meşələri quruyub və qırılıb deqradasiya edildikcə bu yerlərdə nəsil verməkdən məhrum olub, əsasən dağətəyi və dağ meşələrində qalıb. May ayında hündür (10–20 m) ağacda olan qarğa və sağsağan kimi quşların yuvasını zəbt edir, 2–4 yumurta verir, 28 gün kürt yatır, 30–32 gün yuvada bala bəsləyirlər. Kürt yatan ana quşu, sonra isə həm də balaları yemləmək erkək quşun öhdəsinə düşür. Əsas yemi həşərat və xırda quşlardır. Şikarını havadan ovlayır.

Sayı və azalma səbəbi

1960–1970-ci illərə qədər adi saylı quş olub. Sonralar tədricən yayılma sahəsi kiçilib və populyasiyasının sıxlığı azalıb, nadir kateqoriyasına çevrilib. 1999–2000-ci illərdə 240 quş, 10 il sonra isə 130 quş sayılıb.

Məhdudlaşdırıcı amillər

Meşələrdə və bağlarda hündür ağacların qırılması, pestisidlərdən intensiv istifadə olunması, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

İndiyə qədər "faydalı fauna" adı ilə qorunub. Naxçıvan MR-in Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yuvası olan ağacın (hətta quru olsa da) kəsilməsi yasaq olmalıdır. Meşənin kənarında və meyvə bağlarında hündür ağaclar (meyvəsiz olsa da) qorunub saxlanılmalıdır

Şəkillər

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.