Qaragöl Dövlət Təbiət Qoruğu

Qaragöl Dövlət Təbiət Qoruğu — Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşir. Sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.

Qaragöl dövlət təbiət qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 240 ha
Mütləq hündürlüyü 600-800 m
Yaradılma tarixi 17 noyabr 1987
İdarəetmə orqanı AETSN
Vəziyyəti 1992-ci ildən işğal edilmiş ərazi
Məhvolma təhlükəsi 1992-ci ildən talan edilmiş ərazi
Dağlar İşıqlı (3552 m), Dəmirdaş, Canqutaran (2790m)
Çaylar Ağoğlançay, Həkəri
Göl Qaragöl
Yerləşməsi
39°47′04″ şm. e. 46°00′21″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Laçın
Yerləşməsi Kiçik Qafqaz
Qaragöl dövlət təbiət qoruğu xəritədə
Qaragöl dövlət təbiət qoruğu
Qaragöl dövlət təbiət qoruğu
Qaragöl dövlət təbiət qoruğu xəritədə
Qaragöl dövlət təbiət qoruğu
Qaragöl dövlət təbiət qoruğu

Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci tarixində Azərbaycan SSR və Ermənistan SSR-in direktiv orqanlarının qərarı ilə yaradılmış, respublikalararası dövlət qoruğu elən edilmişdir.

Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir.Onun suyundan yerli əhali qoyun sürülərinin,əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edir.

Sahəsi 240 hektar olub, dəniz səviyyəsindən 2658 km yüksəklikdə, Qarabağ vulkanik yaylasında yerləşir. İşıqlı dağında yerləşən Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlançayın mənbə hissəsində, Böyük İşıxlı dağının (3548m) şimal ətəyindədir. Şimal-gərbdən Dəmirdaş və Kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir. Kolun uzunluğu-1950 m,eni 1250m sahil xəttinin uzunluğu 5500 m, dərinliyi 7–8 m, sahəsi 3 km² -dir.Qalıq həcmi 10mln.m³ -dir. Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə yaradılmışdır. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m³-dur. Gölün suyunun şəffaflıqı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.

Burada geoliji cəhətdən vulkanik dağların pliosen lava massivi,geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir.

Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara,dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

Landşaftı

Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Qoruq Qarabağ vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m) yamacında 2650– 2700 m hündürlükdə yerləşir. Burada geoloji cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır; şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var; digər hissələrində relyef düzənlikdir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu - 3 dərəcədən aşağı, ən isti ayın orta temperaturu isə 10-dan yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir.

Bitki örtüyü

Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin, hal-hazırda Qaragöl qoruğu erməni işğalı altındadır. Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 hektardır. Bura 176 ha İşıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir. Qoruqda 102 bitki növ və yarım növü vardır ki bunlar 68 növ və 27 ailədən ibarətdir. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı. 1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Goruz rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağa düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir. Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.

İqlimi

Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır. Qoruğun quru sahələri çox az olub yüksək alp xalılırının nadir və endemik bitkilərini qorumağa tam imkan vermir. İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçirmişlər. Hal-hazırda Qaragöl dövlət təbiət qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırkı siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir. Nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşıalınmaz neqativ təsirlərə qətirib çıxara bilər. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m) yamacında 2650–2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə gədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur.

Qoruğun müasir vəziyyəti

Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır. Qoruğun quru sahələri çox az olub yüksək alp xalılırının nadir və endemik bitkilərini qorumağa tam imkan vermir. İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçirmişlər. Hal-hazırda Qaragöl dövlət təbiət qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırkı siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir. Nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşıalınmaz neqativ təsirlərə gətirib çıxara bilər.[1]

Mənbə

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

  1. İbrahimov Tahir . Azərbaycanın qoruqları. Bakı 2015.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.