Qaradağlı (Tərtər)
Qaradağlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaradağlı kənd inzibati ərazi vahidində kənd.[1]
Qaradağlı | |
---|---|
40°26′08″ şm. e. 46°56′19″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Tərtər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[2]
Əhalisi
Şəhidləri
- Yaşar Mikayıl oğlu Quliyev (şəhid olub)[3]
- Qaraş Yusif oğlu İbrahimov (şəhid olub)[3]
- Sərdar Nazim oğlu Ələkbərov (itkin düşüb)[3]
- Xəqani Cəfər oğlu Alıquliyev(şəhid olub)[3]
- Siyavuş Musa oğlu Qaçayev (şəhid olub)[3]
- Firuz baxış oğlu Mustafayev(şəhid olub)[3]
- Atəş Əjdər oğlu Əsədov (şəhid olub)[3]
- Maarif İbrahim oğlu Abbasov (şəhid olub)[3]
- Aslan Xankişi oğlu Bayramov(şəhid olub)[3]
- Elbrus Əli oğlu Qaşayev (şəhid olub)[3]
- Aslan Hüseynov (gizir) — Vətən müharibəsi şəhidi
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Qaradağlı (Tərtər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- V.İlyasov, "Onlar vətən uğrunda vuruşdular"