Qaradağlı (Bərdə)
Qaradağlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qaradağlı | |
---|---|
40°24′06″ şm. e. 47°07′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[1]
İstinadlar
- Qaradağlı (Bərdə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.